"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2458
Bakıda “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirildi.
Mətbuat xidmətinin məlumatı 29 Noyabr, 2010
Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans işə başlamışdır. Tədbirə ABŞ-dan, Avropa və MDB ölkələrindən QHT-lər üzrə beynəlxalq ekspertlər, donor təşkilatların təmsilçiləri, ümumilikdə 25 ölkədən 120-dək nümayəndə, habelə Azərbaycanın hökumət qurumlarının nümayəndələri iştirak edirlər. Dövlət Şurasının sədri Azay Quliyev konfransı açaraq tədbirin məqsəd və məramından danışmışdır. Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran A.Quliyev qeyd etmişdir ki, son üç ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxmışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan vermişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxaq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov demişdir ki, Azərbaycan hökuməti QHT-lərin inkişafına xüsusi diqqət yetirir. Hər hansı ölkədə vətəndaş cəmiyyətinin inkişafının vahid formada tətbiqinin düzgün olmadığını vurğulayan Ə.Həsənov bu prosesdə milli xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini qeyd etmişdir. Bildirilmişdir ki, beynəlxalq təcrübəyə əsaslanaraq, milli mənəvi dəyərlərimizə uyğun gələn təcrübədən istifadə edərək Azərbaycan öz vətəndaş cəmiyyəti təcrübəsini artıq formalaşdırmışdır. Baş nazirin müavini demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vətəndaş cəmiyyətinin inkişafında böyük çətinliklər yaratsa da, Azərbaycan bu prosesdə müəyyən inkişaf yolu keçmişdir. Hazırda Azərbaycanda 2 min 600-dən çox QHT fəaliyyət göstərir ki, bunların 107-si beynəlxalq təşkilatlardır. Azərbaycan hökuməti bu təşkilatların 70-i ilə yaxından əməkdaşlıq edir. Onların fəaliyyət göstərməsi üçün Azərbaycanda kifayət qədər şəffaf şərait vardır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə əlaqələndiricisi Kiif Simmon, “Counterpart International” təşkilatının vitse-prezidenti xanım Arlene Lear, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun Bakı ofisinin icraçı direktoru Fərda Əsədov qeyd etmişlər ki, konfransın keçirilməsi Azərbaycanın vətəndaş cəmiyyətinin inkişaf istiqamətində götürdüyü öhdəliklərin yerinə yetirilməsinin göstəricisidir. Bildirilmişdir ki, Azərbaycanda QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları hökumət tərəfindən konstruktiv şəkildə müxtəlif sosial-siyasi problemlərin həllinə cəlb edilirlər. Qeyd edilmişdir ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin maliyyələşdirilməsi, fəaliyyətlərinin genişləndirilməsi və əlaqələndirilməsi baxımından yüksək qiymətləndirilməlidir. Belə ki, hökumətin dəstəyi QHT-lərin xarici donorlardan asılılığını azaltmaqla yanaşı, onların davamlılığını artırır. Çıxışlarda, həmçinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində bir sıra təkliflər səsləndirilmişdir. Sonra beynəlxalq konfrans öz işini “Vətəndaş cəmiyyətinin inkişafında QHT-hökumət əməkdaşlığı”, “İqtisadi və sosial sahələrdə ehtiyac duyulan xidmətlərin göstərilməsinə QHT-nin dövlət tərəfindən cəlb olunması” və “Vətəndaş cəmiyyətinin inkişafı naminə beynəlxalq tərəfdaşlıq” mövzularında sessiylarda davam etdirmişdir. Konfrans öz işini noyabrın 26-da yekunlaşdıracaqdır.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb