XƏBƏRLƏR
Çap et
2355
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsi ilə bağlı layihə müzakirə olunub.
Mətbuat xidmətinin məlumatı
17 Oktyabr, 2017
“Azercell Telekom” və onun törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə yeni sosial layihə reallaşdıracaq.
Bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “Azeronline Ltd” birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verdi.
Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir.Həyata keçirilən tədbirlər nəticəsində 96 müasir qəsəbə salınmış, 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılbdır.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir.Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə bu gün BMT tərəfindən bütün dünyaya yayılır.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, “Azercell Telekom” un törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış qəsəbələrdə əhalinin dayanıqlı və keyfiyyətli FTTH standartlı (optik lifli kabel ilə) internet xidmətlərinə mövcud tariflərdən daha güzəştli şərtlərlə (15% aşağı) çıxışını təmin etmək məqsədi ilə yeni layihə həyata keçirmək istəyirlər.Bunun nəticəsində isə həm yaşayış komplekslərində olan infrastruktur obyektlərində, həm də mənzillərdə insanlar sürətli internet xidmətindən istifadə edə biləcəklər.
Vahid Mürsəliyev eyni zamanda reallaşdırılacaq layihənin əhəmiyyətindən danışdı və bu istiqamətdə birgə əməkdaşlığın sosial layihənin həyata keçirilməsində mühüm rol oynacağını qeyd etdi.
“Azercell Telekom” un məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə həyata keçirəcəyi layihəni yüksək qiymətləndirən Baş nazirin müavini Əli Həsənov bu layihənin səmərəli olacağını vurğuladı, bu işdə onlara lazımi kömək göstəriləcəyini dedi və Komitənin aidiyyəti qurumlarına lazımi göstərişlərini verdi.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









