XƏBƏRLƏR
Çap et
3921
Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır
Mətbuat xidmətinin məlumatı
31 Avqust, 2017
Avqustun 30-da Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.
Görüşün məqsədi Ukraynada qaçqın və məcburi köçkünlərin dəstəklənməsi və müvafiq sahədə normativ-qanunverici bazanın yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi olub.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə danışıb. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün etnik təmizləməyə, əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Hazırda Dövlət Komitəsində qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı kitab hazırlanır. Bu kitabda bütün proseslər, 25 il ərzində baş verən hadisələr öz əksini tapıb.
Əli Həsənov qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsən qaçqınların və məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanırdı, onlara hər zaman diqqət və qayğı ilə yanaşırdı. Ulu Öndərin bu istiqamətə gördüyü işlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən böyük səylə davam etdirilir. Azərbaycan dövləti öz yurdlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Bu problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, bu istiqamətdə dövlət proqramı təsdiq edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur.
Əli Həsənov qonaqları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə ətraflı məlumatlandırıb. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün Azərbaycanın ən başlıca problemidir.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və erməni xalqları arasındakı problemi erməni millətçiləri, şovinistləri, faşist Köçəryan-Sarkisyan rejimi yaradıb.
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində normativ hüquqi sənədlərin hazırlanıb tətbiqi sahəsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.
Qeyd edək ki, nümayəndə heyəti səfər proqramı çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) baş çəkəcək, həmçinin məcburi köçkünlərlə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olacaq.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









