XƏBƏRLƏR
Çap et
1279
Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Mətbuat xidmətinin məlumatı
09 İyun, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klauv və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Əli Həsənov Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Əli Həsənov diqqətə çatdırıb ki, dünyada baş verən mövcud iqtisadi böhranlara baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır.
Əli Həsənov vurğulayıb ki, dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələr daha da inkişaf edir. O, bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə Yohannes van der Klauv Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərlə bağlı görülmüş işlərlə tanış olduğunu bildirib və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlinin qoyulmasını və bu insanlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən qonaq kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək istədiyini bildirib.
Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Bu gün 650 milyon nəfər əhalisi olan Avropa 1milyon miqrantın qarşısında çarəsiz qalıb. Bu insanların hər gün hüquqları pozulur. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur.
1990-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün problemi yarandı. Ulu öndər Heydər Əliyev tərəfindən uğurlu idarəçilik mexanizmi yaradıldı. Bu sahədə indiyədək heç bir konflikt ortaya çıxmadı və bu gün də bu problemin həlli istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm işlər görülür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr etdi və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoydu.
Bu gün ölkəmizə səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərirlər”.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Yohannes van der Klauv Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini qeyd edib və bunun region üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Əli Həsənov onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan Avropa Şurasına qəbul olunarkən üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. Azərbaycan isə qoşulduğu bütün beynəlxalq konvensiyalara əməl edir. Ancaq buna baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmir. İşğalçı dövlət torpaqlarımızı hələ də işğal altında saxlamaqda davam edir.
Görüşdə, həmçinin 20 iyun Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsi ilə bağlı da müzakirələr aparılıb.
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb