XƏBƏRLƏR
Çap et
1515
Azərbaycan ilə İran arasında gələcək əməkdaşlıq əlaqələrindən danışılıb.
Mətbuat xidmətinin məlumatı
14 May, 2017

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov mayın 13-də İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Prezidentinin müavini Həsən Səffariyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki dost və müsəlman ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərindən danışan Əli Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkmişdir.
Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib.
Əsl dostluğun, qardaşlığın çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş nazirin müavini Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara ("Hilal Əhmər") Cəmiyyəti humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlara görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.
O, həmçinin qeyd etmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.Ölkəmizdə cənab Prezidentin təşəbbüsü ilə yeni modellər tətbiq olunur.
Dünyada gedən proseslərə toxunan Əli Həsənov qeyd etdi: ”Dünyada müsəlman ölkələrinin həmrəyliyinə həmişə maneçilik törədilibdir. Ancaq buna baxmayaraq bu ölkələr həmişə bir yerdə və həmrəy olmalıdırlar. Əgər bu gün dünyadakı münaqişə zonalarına baxsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz.
Bu gün bizim problemin həll olunmasına dünya birliyi laqeyd yanaşır. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Bu il Prezident İlham Əliyev Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib.
Məhz elə bu günlərdə Cənab Prezidentin təşəbbüsü ilə tolerantlığın və multikulturalizmin mərkəzi olan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizdən bütün dünyaya sülh, həmrəylik və birlik müsajı göndərildi”.
Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Həsən Səffariyə ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd etdi.
Dünyanın 14-ə yaxın ölkəsində təşkilatın klinikalarının fəaliyyət göstərdiyini deyən qonaq gələcəkdə Azərbaycanda fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Görüşdə Tehran Qırmızı Aypara xəstəxanasının direktoru Həmid Çubine, onun müavini Haşimi Nəzəri Seyid Səid və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Seyid Bəhmən Sobhani iştirak edirdilər.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib