"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1288
Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Mətbuat xidmətinin məlumatı 05 May, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 4-də ölkəmizdə səfərdə olan Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Belçika münasibətlərindən danışan Əli Həsənov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bu günədək əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Baş nazirin müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafındakı rolundan bəhs edib, əməkdaşlığımızın daha da inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb. Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, hələ heç bir nəticə əldə edilməyib. İyirmi beş il keçməsinə baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də icra edilmir. Bu gün dünyada mövcud olan qaçqın və məcburi köçkün böhranından danışan Baş nazirin müavini vurğulayıb ki, bütün bu problemlərin kökündə dünyada baş verən ədalətsizliklər dayanır. Dünyada insan hüquqlarından, demokratiyadan danışılır, lakin bu gün İraqda, Əfqanıstanda, Suriyada və digər ölkələrdə minlərlə günahsız insan öldürülür. Bəs onların hüquqlarını kim qorumalıdır?! Əli Həsənov qonaqlara Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər, idman yarışları ilə bağlı ətraflı məlumat verib. Azərbaycandakı tolerantlıq, multikulturalizm mühiti barədə danışan komitə sədri qeyd edib ki, ölkəmizdə sinaqoqlar, məscidlər, kilsələr fəaliyyət göstərir. Bu gün Bakıda hətta erməni kilsəsi qorunub saxlanılır. Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Əli Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Avropa bu islahatlara dəstək vermək əvəzinə bu cür ədalətsiz qərar qəbul edir. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkün problemi var. Ancaq cəmi 10 milyona yaxın əhalisi olan Azərbaycan özü bu problemləri həll edir. Avropa isə bu gün qaçqın, miqrant probleminin qarşısında acizdir”. Aprel döyüşlərindən danışan Əli Həsənov deyib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu gücünü göstərdi. Bir daha sübut etdi ki, istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir. Emin Özkara dünyadakı ədalətsizliklərdən, ikili standartlardan danışıb, gələcək nəsillərə əsl demokratiyanın, insan haqlarının mahiyyətinin çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bunun üçün birlikdə çalışmaq və fəaliyyət istiqamətlərini müəyyən etmək vacibdir. Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri qətliamlar barədə dünya ictimaiyyətinə dəqiq məlumatlar verilməlidir. Görüşdə çıxış edən parlamentin üzvləri Bertin Mampaka və Zahida Manzur Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi uğurları təqdir edib, bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi müvəffəqiyyətli siyasətin dayandığını bildiriblər. Qonaqlar, həmçinin bu cür səfərlərin, qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətini vurğulayıblar. Onlar Azərbaycan haqqında, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə etdikləri məlumatları öz həmkarları ilə bölüşəcəklərini bildiriblər. Vurğulanıb ki, bu, münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsi baxımından çox yaxşı təşəbbüsdür.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhəri: Gündüzdən gecəyə ...
01 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış yeni iş imkanları yaradır
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı “ZƏFƏRİN 5-Cİ İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” mövzusunda fotomüsabiqə elan olunur
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhərinə çatıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr köçürüldü
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib