"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1386
Avropa dövlətlərinin bir çoxu bu gün Azərbaycana strateji tərəfdaş kimi baxır
Mətbuat xidmətinin məlumatı 25 Aprel, 2017
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov aprelin 24-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı, Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti xanım Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın bütün Avropa ölkələri ilə, o cümlədən nümayəndə heyətinin təmsil olunduğu İtaliya hökuməti ilə dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edən F.Hüseynov bildirib ki, ikitərəfli əlaqələrin dərinləşməsi sahəsində aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Avropa dövlətlərinin bir çoxu Azərbaycana strateji tərəfdaş kimi baxır. Müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılmasında bu cür səfər və görüşlərin təşkilinin vacibliyini önə çəkən Komitə sədrinin müavini səfər proqramı çərçivəsində Ulu öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizin bir saylı problemi elan edilən qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində tətbiq edilən və oxşar problemlə üzləşən ölkələrə nümunə kimi dəyərləndirilən Azərbaycan modeli ilə tanış olmaq üçün görüşə gəldiklərinə görə təşəkkürünü bildirərək qonaqlara Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi hərtərəfli tədbirlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin tarixi kökləri və yaranma səbəbləri barədə hərtərəfli məlumat verib. Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılan görüşdə vurğulanıb ki, möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrə, digər hüquqi-normativ aktlara uyğun olaraq bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir. Məhz bunların nəticəsidir ki, bu gün dünyada və yaşadığımız regionda hökm sürən təhlükələr, qanlı münaqişə və müharibələr nəticəsində Avropanı bürüyən miqrant böhranının dərinləşməsinə, bir çox ölkələrin bu problemin həllində aciz qalmasına, miqrantlara qarşı qeyri-insani münasibətlər göstərilməsinə, dünyada davam edən maliyyə və iqtisadi böhranın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizdəki qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, problemlərinin həlli tam Azərbaycan dövlətinin təminatındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunulan görüşdə F.Hüseynov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, Azərbaycan nəyin bahasına olursa, olsun torpaqlarını işğaldan azad edərək öz vətəndaşlarını doğma ocaqlarına qaytaracaq. Bu istiqamətdə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işləri də məhz Böyük Qayıdışın başlancığı kimi dəyərləndirən F.Hüseynov bildirmişdir ki, hazırda xalqımız, xüsusilə də məcburi köçkün soydaşlarımız bu əhval-ruhiyyə ilə yaşayır. Görüşdə Avropa Parlamentinin deputatı xanım Lara Komi Azərbaycanda ilk dəfə səfərdə olduğunu, ölkəmizin sürətlə inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulamışdır. Xanım deputat ölkəmizin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirləri, bu sahədə əldə olunan uğurlu təcrübəni yüksək qiymətləndirmiş və Avropa ölkələrinin, o cümlədən İtaliyanın bu cür təcrübələrə ehtiyacı olduğunu bildirmişdir. Sonra hərtərəfli məlumata görə minnətdarlıqlarını bildirən qonaqlar Azərbaycana səfərlərinin məqsədini açıqlayaraq bu görüşün onlar üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini, qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat almağın çox önəmli olduğunu bildirərək bu kimi məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmışlar.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb