"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2182
YAP Yasamal rayon Təşkilatı “Tbilisi prospekti-129” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Mətbuat xidmətinin məlumatı 14 Mart, 2017
YAP-ın bu günkü uğurlarının arxasında xalqın rəhbərinə inamı və dəstəyi dayanır Bu fikirlər "Tbilisi prospekti-129" ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında bir daha önə çəkilmişdir Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənovun, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun və müavini Qərib Məmmədovun da iştirak etdiyi YAP Yasamal rayon təşkilatı "Tbilisi prospekti-129" ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Elçin Qədimov hesabat dövrü ərzində ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, partiyanın gündən-günə artan nüfuzundan söhbət açaraq bildirmişdir ki, Dövlətqaçqınkomun kollektivinin təmsil olunduğu ərazi ilk partiya təşkilatı da müstəqil dövlətimizin inkişafı naminə üzərinə düşən vəzifələri var qüvvə ilə yerinə yetirməyə çalışır. Təşkilatın üzvləri keçirilən bütün tədbirlərdə, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. E.Qədimov həmçinin hesabat dövründə görülən işlər və keçirilən tədbirlərlə də bağlı ətraflı məlumat verərək bildirmişdir ki, hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti də xeyli yüksəldilmiş, müstəqil dövlətimizin inkişafı naminə təşkilatın üzvləri bir nəfər kimi təmsil olunduqları siyasi qurumun adının və şərəfinin qorunmasına layiqli töhfələr bəxş etmişlər. Məruzə ətrafında genişlənmiş fikir mübadiləsində iştirak edən Məhəmməd Məhərrəmov, Ələddin Məmmədov, Telman Mürsəlov və Mirhüseyn Hüseynov və digərləri öz çıxışlarında ölkəmizin bir saylı problemi olan qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən, məsul olduqları sahələr üzrə görülən işlərdən ətraflı söhbət açmaqla bir daha vurğulamışlar ki, bu gün ümumxalq partiyası olan YAP-ın çoxminli üzvləri kimi onlar da qurucusu ümummilli liderimizin olduğu bu siyasi təşkilatın sıralarında ölkəmizin inkişafında yaxından iştirak etdiklərindən qürur duyurlar. Çıxış edənlər bildirmişlər ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov ətraflı çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini söyləyərək qeyd etmişlər ki, bu gün Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev siyasəti nəticəsində sürətlə inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən natiqlər vurğulamışlar ki, ümummilli liderimizin yorulmaz fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi və siyasi fəlsəfə məktəbinə çevrilmişdir. Ona görə də inamla demək olar ki, Azərbaycan xalqının hələ neçə-neçə gələcək nəsili bu nəhəng məktəbdən, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Bu gün bizim həllini gözləyən yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və inanırıq ki, Ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə bu problemimiz də öz həllini tapacaqdır. Bütün bunlara rəğmən bildirilmişdir ki, Azərbaycan dövləti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində daha da inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Yığıncaqda belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən, düşünülmüş siyasəti nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, qaçqın və məcburi köçkünlərimiz doğma ocaqlarına qayıdacaqlar. Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət, münaqişənin həllində tutduğu qətiyyətli mövqe, ordumuzun aprel döyüşlərindəki uğurlu qələbəsi, bir sıra strateji yüksəkliklərin, o cümlədən Lələtəpə yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi, bundan sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı cənab Prezidentin sərəncamına əsasən bu ərazidə artıq bərpa işlərinə başlanılması bütün Azərbaycan xalqının buna əminliyini daha da artırıb. Diqqətə çatdırıldı ki, Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması çox uğurlu və tarixi bir qərardır.Bu təyinat həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimayət tərəfindən çox yüksək səviyyədə qarşılandı. Ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 9-da ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir. Yığıncaqda ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilmiş, sədr və idarə heyətinin üzvləri seçilmişdir. Yığıncaqda 20 nəfər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişdir. Ərazi ilk partiya təşkilatının üzvləri ölkəmizin bir saylı problemi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan bacarıqla istifadə edir, Ulu öndər Heydər Əliyevin bu sahə üzrə müəyyənləşdirdiyi siyasətə sadiq olduqlarını və bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə sübuta yetirirlər.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb