XƏBƏRLƏR
Çap et
1534
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda olublar
Mətbuat xidmətinin məlumatı
15 Fevral, 2017
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində səfərdə olublar.
60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu səfərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil edildiyini bildirib.
Diplomatlara məlumat verilib ki, Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndidir. Bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin bu kəndə qayıtmaq mümkün deyildi. Çünki yaxınlıqdakı Lələtəpə adlanan ərazi işğal altında idi və o yüksəklikdən bu kənd daim Ermənistan ordusu tərəfindən atəşə tutulurdu. Ötən ilin aprel əməliyyatı zamanı Talış və Lələtəpə yüksəklikləri işğaldan azad edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi, tariximizin şanlı səhifəsi oldu. Lələtəpənin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti kəndin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq 50 mənzilin və bir məktəbin inşası üçün vəsait ayrıldı. Ümumilikdə bu il bu kənddə 200 evdən ibarət qəsəbənin salınmasına başlanılacaq.
Baş nazirin müavini işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər barədə də danışıb. Qeyd edib ki, bu kənd cəmi bir neçə ay erməni işğalı altında qalmasına baxmayaraq, yerlə-yeksan edilib: “Biz bilirik ki, işğal altında olan bütün rayonlarımız erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. İndi siz də öz gözlərinizlə erməni vandalizminin şahidi olursunuz. Görürsünüz ki, dörd-beş ay ərzində kənd necə dağıdılıb. Bu kəndin əvvəlki sakinlərindən biri olan Oqtay Həziyev cəmi beş ay məcburi köçkünlük həyatı yaşayıb. Kənd işğaldan azad olunan kimi Oqtay Həziyev öz ailəsi ilə birlikdə buraya köçüb. Baxmayaraq ki, kənd daim erməni ordusu tərəfindən atəş altında saxlanılırdı”.
Baş nazirin müavini Cocuq Mərcanlıya bu cür səfərlərin təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra nümayəndə heyətinə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatı barədə məlumat verilib. Qeyd edilib ki, artıq 13 gündür minatəmizləmə əməliyyatı aparılır. Əməliyyat 300 hektar ərazidə həyata keçirilir. Bu günədək 71 min kvadratmetr ərazi təmizlənib, 17 ev yoxlanılıb. Əməliyyat zamanı beş ədəd partlamamış hərbi sursat aşkar edilib.
Baş nazirin müavini qeyd edib ki, bu gündən artıq kənddə bərpa işlərinə başlanılıb. İşğaldan əvvəl kənddə 290 ailə yaşayıb. Təbii artım hesabına kəndin ailəsinin sayı indi 400-ə çatıb və onlar respublikanın müxtəlif regionlarında məskunlaşıblar. Artıq 250 ailə öz ərizəsi ilə kəndə qayıtmaqla bağlı müraciət edib.
Bildirilib ki, kəndin ərazisində tikinti, əkin və otlaq sahələri üçün torpaq bölgüsü aparılıb. Bölgüyə əsasən 400 ailənin burada məskunlaşması üçün tikinti yeri müəyyən edilib. Kənddə bütün infrastruktur yaradılacaq. Hətta əvvəlkindən də gözəl olacaq. Bütün bu işlərlə bağlı Prezident İlham Əliyev göstəriş verib. Burada uşaq bağçası, məktəb, tibb, mədəniyyət obyektləri inşa ediləcək. Təbii ki, su, qaz xətləri çəkiləcək.
Əli Həsənov məcburi köçkünlərin öz doğma torpaqlarına hər zaman bağlı olduqlarını bildirərək deyib: “Aprel döyüşlərindən sonra 250 ailə bu ərazilərə qayıtmaqla bağlı bizə ərizə ilə müraciət etdi. Azərbaycan Prezidenti də dərhal bu kəndin bərpası ilə bağlı Sərəncam verdi. Ermənistan prezidenti də görür ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasına başlanılır. Bu Böyük Qayıdışın başlanğıcıdır. Azərbaycan və erməni xalqları tarixən birlikdə qonşuluq şəraitində yaşayıblar. Onlar arasında heç bir konflikt olmayıb. Bəzi beynəlxalq təşkilatlar münaqişənin həllindən sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı suallar verirlər, bəzən müəyyən konfliktlərin yaşanacağını deyirlər. Bunlar cəfəngiyatdır. Erməni xalqı da bu münaqişədən yorulub. Azərbaycan xalqı müharibə istəmir. Erməni ordusu işğal olunmuş əraziləri tərk edəndən sonra bu iki xalq yenə də mehriban şəraitdə yaşayacaq. Buna heç kimin şübhəsi olmasın. Bunu Serj Sarkisyan nə qədər tez başa düşsə, öz xalqına o qədər çox xeyir vermiş olacaq. Azərbaycan Prezidenti sülh danışıqları üçün imkanın tükənmədiyini düşünür. Hesab edirik ki, bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar, onların üzvləri Ermənistan rəhbərliyinə təzyiq göstərməlidirlər”.
Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş Atakişi Atakişiyev doğma kəndlərinin bərpasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Dünyada sülhün, əmin-amanlığın bərqərar olmasını arzuladığını deyən məcburi köçkün Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının bəşəri cinayət olduğunu vurğulayıb.
Sonra nümayəndə heyəti Oqtay Həziyevin evində qonaq olub. Ev sahibi məcburi köçkünlük həyatı, Cocuq Mərcanlıya qayıdışı, buradakı kənd təsərrüfatı fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik”.
Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlı kəndinə səfər etməyin nümunəvi addım olduğunu vurğulayıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözləri ilə gördüklərini qeyd edib.
“Bizim Cocuq Mərcanlıya bu səfərimiz çox əhəmiyyətlidir. Xarici ölkələrin səfirləri öz gözləri ilə həqiqətləri görə bilirlər. Biri var münaqişə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, biri də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən”, - deyə diplomat vurğulayıb.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb