XƏBƏRLƏR
Çap et
2063
Fransa Senatının üzvü xanım Natali Quli paytaxda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı
12 İyun, 2010
Fransa senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Quli və onu müşayiət edən şəxslər Binəqədi rayonunun Dərnəgül qəsəbəsində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.
Burada onları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qarşılamışdır. Sədr müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, o cümlədən qaçqınlar və məcburi köçkünlər ordusu, qonşu dövlətin işğalçı siyasətinin Azərbaycan iqtisadiyyatına vurduğu ziyan barədə məlumat vermiş, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açmışdır. O, təəssüflə qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsi kağız üzərində qalmışdır.
Natali Quli xatırlatmışdır ki, bu onun Azərbaycana ikinci səfəridir. Bir neçə ay bundan əvvəl burada aldığı məlumatlar əsasında onda münaqişə barədə təsəvvür yaranmışdır. “Senatda Xarici İşlər Nazirliyinə sual ünvanladım ki, Ermənistanın işğalı altında olan ərazilərin boşaldılması, Azərbaycanda məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün hansı işlər görülür? Bu dəfə qayıdan kimi konkret cavab tələb edəcəyəm. Təklif edəcəyəm ki, Minsk qrupuna kömək məqsədi ilə parlamentimizdə müvafiq qrup yaradılsın. Sizin vəziyyətinizi yaxşı başa düşürəm, təəssüf ki, fransızların əksəriyyəti Qafqazın harada olduğunu bilmir”,- deyə senator bildirmişdir.
Qonaq Füzulidən məcburi köçkün Abbas Əliyevin mənzilində olmuş, ailə üzvləri və digər sakinlərlə söhbət etmişdir. Ona məlumat verilmişdir ki, on səkkiz il ərzində ailələr genişlənsə də, mənzil şəraiti dəyişməmişdir. Məsələn, ailənin oğlu böyümüş və evlənmişdir. İndi ikiotaqlı bu mənzildə artıq iki ailə yaşayır.
Natali Quli qeyd etmişdir ki, sizin dərdinizi anlamaq üçün regiona qadınlar daha çox gəlməli, bu işlə analar məşğul olmalıdırlar. Lap elə Minsk qrupunun tərkibində də qadınlara yer verilməlidir. Əldə etdiyim məlumatları elə çatdırmağa çalışacağam ki, problemin həllinə kömək etsin.
Ağdamdan məcburi köçkün Vəli Qarabağlı burada məskunlaşanların ermənilərin işğalı ucbatından öz ev-eşiklərindən didərgin düşdüklərini, 18 ildir ki, ağır şəraitdə yaşadıqlarını, öz torpaqlarına qayıtmaq istədiklərini fransız senatorun diqqətinə çatdırmışdır. Ağsaqqal, qonağın “Fransızların əksəriyyəti Qafqazın harada olduğunu bilmir” ifadəsinə cavab olaraq A.Dümanın Qafqaz səfərini, Azərbaycanda olmasını, xan qızı Natəvanla görüşünü xatrırlatmış, Fransanın 10-dək şəhərini sadalamışdır. O, fikrini belə yekunlaşdırmışdır: “Mən Minsk qrupunun həmsədri olan Fransanın Prezidentini Azərbaycana dəvət edirəm ki, gəlib ölkəmizlə tanış olsun, burada gördükləri həqiqətləri öz xalqına danışsın. Bəri başdan deyirəm ki, bizim heç bir humanitar yardıma ehtiyacımız yoxdur. Ölkəmiz, Allaha şükür, zəngindir, dövlətimizin başçısı bu sərvətlərin xalqın rifahına sərf olunmasını diqqət mərkəzində saxlayır. Məcburi köçkünlər üçün qəsəbələrin salınması bu diqqətin nəticəsidir”.
Daha sonra qonaqlar həmin rayonda 2 nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış 369 ailəlik məhəlləyə gəlmişlər. Natali Quli və onu müşayiət edənlər Cəbrayıl rayonundan məcburi köçkün Elşən Həsənəliyevin yeni mənzilində olmuşlar. Ailə üzvləri dövlətin qayğısından razı qaldıqlarını, amma yenə də ən böyük arzularının doğma ocaqlarına qayıtmaq olduğunu vurğulamışlar.
Senator məcburi köçkünlərin məşğulluğu ilə maraqlanmışdır. Gəray Fərhadov məlumat vermişdir ki, hazırda 300 min əməkqabiliyyətli məcburi köçkünün 150 mini daimi, 178 mini mövsümi işlə təmin olunmuş, 15 min nəfərə işsizlik statusu verilmişdir.
Gəray Fərhadov qonağın azərbaycanlıların və ermənilərin birgə yaşaya bilməsi imkanı barədə sualına cavab verərək demişdir ki, Azərbaycan və Ermənistan qonşuluğa məhkumdurlar. Bu xalqlardan heç biri köçüb gedəsi deyildir. Yeganə yol münaqişənin dinc vasitələrlə həlli, hər iki xalqın dinc yanaşı yaşamasıdır. Münaqişənin həllində Azərbaycan rəhbərliyinin tutduğu mövqe də məhz budur.
Natali Quli burada fəaliyyət göstərən Zəngilan rayon 4 nömrəli orta məktəbinə gələrək şəraitlə tanış olmuşdur. Məktəbin direktoru Cəbrayıl Şıxəliyev onu maraqlandıran suallara cavab vermişdir.
Qonağı ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov müşayiət etmişdir.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









