"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1455
Dünya Bankının nümayəndələri yeni layihə yerlərinə baş çəkiblər.
Mətbuat xidmətinin məlumatı 15 Noyabr, 2016
Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi və Bankın sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobel “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” çərçivəsində icra olunan layihə yerlərinə səfər etdikdən sonra noyabrın15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov ilə görüşüblər. Görüşdə Robert Vrobel bildirdi ki, səfər proqramı çərçivəsəndə Mingəçevir, Gəncə, Yevlax və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olublar və bu layihələr ən yaxşı layihələr sırasındadır. O, həmçinin gəlirgətirmə ilə bağlı Ağdam rayonunun Qərvənd kəndində həyata keçirilən işləri xüsusi qiymətləndirdi. Burada insanlar bir araya gəlib qurup halında işləyirlər. Bunun nəticəsində isə 260-dan çox MMC yaranıbdır ki, bu da daha çox iş yerlərinin yaradılmasına şərait yaradır. Gənclərə dəstək layihəsində isə gənclər tərəfindən informasiya texnologiyaları, müxtəlif peşə sahələri və xidmət sahələrində 20-ə yaxın biznes sahələri yaradılıbdır və icraçı təşkilatlar yüksək səviyyədə işləyirlər deyə Robert Vrobel həmçinin qeyd etdi ki, o, İndoneziyada da işləyibdir, ancaq Azərbaycanda bu sahədə qazanılan uğurları görmək daha da ürəkaçandır. Robert Vrobel regionlara səfəri zamanı məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə yaradılmış şəraiti yüksək qiymətləndirdi və bu günlərdə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün daha bir yeni qəsəbənin açılışı münasibəti ilə Azərbaycan hökumətini təbrik etdi. Robert Vrobel həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanalarda işlər aparıldığını bildirdi və təklif etdi ki, gələcəkdə bu yataqxanalarda yaşayan məcburi köçkünlərin gəlir imkanlarının artırılması və məşğulluğunun təmin olunması istiqamətində müzakirələr aparılsın. Görüşdə Baş nazirin müavini cənab Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib və bundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaqdır. Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirdi və bu səfərlərin tez tez olmasının vacibliyini vurğuladı. Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində bu gün Azərbaycanın sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır. Baş nazirin müavini Əli Həsənov məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmış səylərin gücləndirilməsi məqsədilə Ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişi məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını qeyd etdi. Görüşdə Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Navid Hasan Naqvi həyata keçirilən layihələrlə bağlı müxtəlif suallarla müraciət etdi və onları maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirildi.
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb