XƏBƏRLƏR
Çap et
1718
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
05 Avqust, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov avqustun 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelisi qəbul etmişdir.
Görüşdə Furio de Angelisi bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla BMTQAK arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Baş nazirin müavini Əli Həsənov Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O, bir daha bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bununla yanaşı Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər yüksək rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olubdur.
Görüşdə Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərən beynəlxalq təşkilatların fəaliyyətini yüksək qiymətləndirib və vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıbdır. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son 24 ildə ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Londonda “Suriyaya və regiona dəstək” konfransında cənab Prezident bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində bizim ölkənin çox böyük təcrübəsi var və biz bu təcrübəni digər ölkələrlə paylaşa bilərik. Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Eyni zamanda Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar. onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Son beş ildə ölkəmizdə üç dəfə dinlər və mədəniyyətlərarası beynəlxalq konfranslar keçirilib. Dünyanın 150-dən çox din xadimi bu tədbirdə iştirak edib. Onlar burada yüksək tolerantlıq mühitinin olmasını öz gözləri ilə görüblər. Azərbaycan olduqca müasir inkişaf etmiş müsəlman ölkəsidir və biz bununla fəxr edirik.
Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata, Ruud Lubbers və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BMT QAK-la ölkəmiz arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov bildirib ki, Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu. Nəticədə 250 min azərbaycanlının erməni şovinistləri tərəfindən qovuldu və bununla da Azərbaycanda yeni qaçqın prosesi başlandı. O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə deyib ki, Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə üzərindən hakimiyyətə gəliblər.
Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəhs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Görüşdə Əli Həsənov bildirib ki, Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində “Marağa–150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Baş nazirin müavini qeyd edib ki, erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti həmin abidənin tezliklə bərpa olunmasını, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib.
Görüşdə qeyd edilib ki, münaqişə ilə bağlı mövcud status-kvo yolverilməzdir. Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri də mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Bu il aprelin 2-5-də Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması Azərbaycan Prezidentinin də bildirdiyi kimi, işğal altındakı torpaqlarımızı geri qaytarmaq iqtidarında olduğumuzu bir daha göstərdi.
Qəbula görə minnətdarlığını bildirən Furio de Angelis deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb.
Furio de Angelis bildirib ki, BMT QAK aprel hadisələrinə görə öz narahatlığını bildirmiş və Azərbaycan hökumətinini hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirmişdir. O həmçinin vurğulamışdır ki, yaxın günlərdə bölgələrə səfər edəcək, eyni zamanda aprel hadisələrindən sonra təşkilat tərəfindən köməklik göstərilmiş yerlərdə də olacaq.
Furio de Angelis növbəti illər ərzində ölkəmizdə fəaliyyət sahələri ilə bağlı fikirlərini bildirmiş və Azərbaycan ilə BMT QAK arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.
15 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"
07 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz Şuşaya qayıtmışıq
05 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Suqovuşan qəsəbəsinə və Talış kəndinə infotur təşkil edib
01 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Xocalı şəhərində Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib
31 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
30 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlayır
29 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır”
24 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
İşğaldan azad edilmiş Füzuli şəhərinə məktəblilərin infoturu təşkil olunub
22 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Gənc məşqçi: “Laçında futbolu inkişaf etdirəcəyik”
20 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Ağalının yeni həyatı...
18 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob keçirib
17 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Füzulinin yeni növrağı
16 Oktyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin sədr müavini Cenevrədə keçirilən sessiyada iştirak edib