XƏBƏRLƏR
Çap et
1183
Azərbaycan BMT Baş Məclisinin dünya narkotiklər probleminə həsr edilən xüsusi sessiyasında təmsil olunur
Mətbuat xidmətinin məlumatı
20 Aprel, 2016

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir.
Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Aprelin 19-da başlayan üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir.
Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir.
Əli Həsənov qeyd edib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Bu xüsusda, BMT Baş Məclisinin 30-cu xüsusi sessiyasında qəbul olunacaq yekun sənəd bu bəlaya qarşı dünya ölkələrinin ümumi mübarizəsinin təşviqində önəmli rol oynamalıdır.
Sonra Əli Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolunu qeyd edib.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20 faizının işğal olunduğunu qeyd edən Baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb. Həmçinin təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometrinin Ermənistanın nəzarəti altında olduğunu vurğulayıb. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələrin əkilib-becərilməsi, xüsusi laboratoriyalarda emal edilməsi və müxtəlif ölkələrə göndərilməsi qeyd olunub.
Nümayəndə heyətinin rəhbəri deyib ki, bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan Respublikası dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Əli Həsənov bundan sonra da Azərbaycan Respublikasının narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri
cənab Əli HƏSƏNOVUN bəyanatı
BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə və onunla mübarizəyə
həsr olunmuş 30-cu Xüsusi Sessiyası
19-21 aprel 2016-cı il
Hörmətli cənab Baş Katib,
Hörmətli cənab Sədr!
Müstəqillik əldə etdikdən sonra Azərbaycan BMT-nin hər üç müvafiq Konvensiyasına qoşulmuş, ölkədə müasir tələblərə cavab verən qanunvericilik bazası yaradılmışdır. Azərbaycan BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi (CARICC) ilə sıx əməkdaşlıq edir.
Qeyd etmək istərdim ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır. Çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Bu xüsusda, BMT Baş Assambleyasının cari 30-cu xüsisi sessiyasında qəbul olunacaq yekun sənəd bu bəlaya qarşı bizim ümumi mübarizəmizin təşviqində əhəmiyyətli rol oynamalıdır.
Ölkəmizdə son illər irihəcmli beynəlxalq tikinti layihələrinin icrası ölkəyə beynəlxalq yükdaşınma həcminin və gələn xarici vətəndaşların sayının artırılmasına səbəb olmuşdur. Bu da beynəlxalq narkomafiyada narkotiklərin ölkəyə daşınması və ölkə ərazisindən tranzit kimi istifadə olunmasına maraq doğurub.
Təhlillər göstərir ki, hüquq mühafizə orqanları tərəfindən aşkar olunan narkotik vasitələrin 95 faizdən çoxu ölkə ərazisinə cənub zonasından daxil olur. Son iki belə hal 2016-cı ilin mart və aprel aylarında olmuş, yük aparan nəqliyyat vasitələri Azərbaycan ərazisindən tranzit keçərkən ümumi çəkisi bir tona yaxın heroin aşkar edilərək götürülmüşdür.
Məlumdur ki, Azərbaycan ərazisinin 20 %-i 24 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və 10 milyon əhalimizin bir milyonu qaçqın, məcburi köçkündür. Bundan əlavə, təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 km-i Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir.
Qeyd edilən problem ilə bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılmış və BMT-nin müvafiq strukturlarına təqdim edilmişdir.
Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri durur. Bununla əlaqədar, Azərbaycan Respublikası, dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
Bundan sonra da Azərbaycan Respublikası narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm!
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib