XƏBƏRLƏR
Çap et
1299
Gələcək əməkdaşlq əlaqələri müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı
05 Aprel, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov aprelin 5-də Küveytin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Səud Abdel Əziz əl-Roumi ilə görüşmüşdür.
Görüşdə Baş nazirin müavini cənab Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, Küveytin beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Küveytin ölkəmizdə fəaliyyət göstərən Beynəlxalq İslam Xeyriyyə Təşkilatı «Asiya Müsəlmanları Komitəsi» beynəlxalq humanitar təşkilatının ölkəmizdə həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını vurğulamışdır.
Görüşdə Baş nazirin müavini Əli Həsənov Küveyt dövlətinə etdiyi rəsmi səfərləri xatırlamış, son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirdi.
Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizminin olmamasından təəssüfləndiyini bildirmişdir. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları isə heç bir nəticə verməyib. O, həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Nə üçün BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmur? Görünür burada din amili də rol oynayır.Azərbaycan Prezidenti dünya ölkələrinin prezidentlərinin iştirak etdiyi beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb.Əgər bu gün dünyadakı konflikt zonalarının xəritəsinə nəzər salsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir.Çox təəssüflər olsun ki, bəzi hallarda müsəlman ölkələrini də bir –birinə qarşı qoyurlar.
Görüşdə Əli Həsənov vurğulayıb ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir və bütün ölkələrlə əməkdaşlıq edir. Ancaq nə üçün bizim bu problem həll olunmur? Amma bilməlidirlər ki, haqq-ədalət gec-tez öz yerini tutacaq. Bu haqsızlığı törədənlər nə vaxtsa bununla rastlaşacaqlar.
Görüşdə Baş nazirin müavini deyib: Son günlər ərazilərimizi işğal altında saxlayan işğalçı ermənistan ordusu təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir və bunun nəticəsində isə hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Onların bu cür təxribatçı hərəkətlərini bir sıra ölkələr və beynəlxalq təşkilatlar qəti şəkildə pisləyirlər.Hesab edirəm ki, beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə bağlı əməli, konkret işlər həyata keçirməlidir. Cənab Prezident Təhlükəsizlik Şurasının iclasında da bildirmişdir ki, aprelin 2-də təmas xəttində Ermənilərin təxribatçı hücumuna Azərbaycan ordusu layiqli cavab vermiş, böyük qələbə qazanmış və bundan sonrada düşmənin bütün təxribatları cavabsız qalmayacaqdır. Çünki Azərbaycan ordusu buna qadirdir. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Ermənistan bütün beynəlxalq normaları pozubdur.Cənab Prezident eyni zamanda bildirmişdi ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün.
Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən diplomat ölkələrimiz arasındakı iqtisadi münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir. Səfir eyni zamanda işğalçı Ermənistanın hücumları nəticəsində həlak olmuş insanlara görə təmsil etdiyi dövlət adından Azərbaycan xalqına başsağlığı vermiş, Ermənistanın təcavüzkar siyasətini qəti şəkildə pisləmiş və Küveyit dövlətinin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirmişdir.
Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, gələcəkdə də daha çox Küveyit iş adamlarını Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi və Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb