"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1218
Dövlətqaçqınkomda Novruz bayramı ilə bağlı tədbir keçirilmişdir
Mətbuat xidmətinin məlumatı 17 Mart, 2016
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində neçə əsrlər və illərdir ki, öz gəlişi ilə xalqımızı müjdələyən, onlara xeyir-bərəkət, bolluq, firavanlıq bəxş edən, sülh və əmin-amanlıq simvolu olan müqəddəs Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov iştirakçıların simasında Azərbaycan xalqını, o cümlədən erməni təcavüzü nəticəsində bu gün doğma ocaqlarından didərgin salınaraq o yerlərin həsrəti ilə yaşayan bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün soydaşlarımızı tədbirk edərək tədbir iştirakçılarına çalışdıqları məsul sahədə uğurlar, bol ruzi, ölkəmizə isə sülh və əmin-amanlıq arzulamışdır. Dostluq, qardaşlıq, sülh və əmin-amanlıq, barışıq bayramı olan və bütün Türk dünyasında qeyd edilən Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ankarada törədilən terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmamış səfərini qardaşlığın, dostluğun, xalqlarımızın birliyinin bariz nümunəsi kimi dəyərləndirən və istər qardaş Türkiyədə, istərsə də Azərbaycanda bu addımın böyük qürur doğurduğunu diqqətə çatdıran Baş nazirin müavini Ə.Həsənov bildirmişdir ki, Türkiyə ilə Azərbaycan münasibətlərində yeni bir səhifə açan bu səfər bir daha sübut etdi ki, iki qardaş ölkə həmişə çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da olacaqdır. O, qeyd etmişdir ki, Türkiyədə böyük bir faciənin yaşandığı vaxt Azərbaycanın dövlət başçısının Ankara səfəri ağır gündə qardaş ölkənin yanında olmaq anlamını ifadə etməklə bərabər, bir siyasətçi və dövlət adamı üçün olduqca qətiyyətli addım, hər iki ölkənin nümunəsində dünyaya bir mesaj idi. Əslində, regionda vəziyyətin gərgin olduğu, xarici siyasətdə ehtiyatlı və balanslı kursa üstünlük verməyin daha rahat və əlverişli sayıldığı indiki dövrdə hər hansı müttəfiqliyi və birliyi xoş qarşılamayan böyük güclərin potensial təzyiqlərindən çəkinmədən belə qətiyyətli mövqe ortaya qoymaq bir dövlət başçısı üçün böyük cəsarət nümunəsi sayılmalıdır və cənab Prezident də bu cəsarəti göstərdi. Ümumiyyətlə cənab İlham Əliyevin Prezident kimi ayrı-ayrı vaxtlarda və ən müxtəlif situasiyalarda dəfələrlə qətiyyətli mövqe nümayiş etdirməsini xüsusi vurğulayan Baş nazirin müavini bildirmişdir ki, biz dövlətimizin başçısının Azərbaycanın mənafeyi ilə bağlı taleyüklü məsələlərdə birmənalı və qətiyyətli mövqe ortaya qoymasının, cəsarətli addımlar atmasının dəfələrlə şahidi olmuşuq və görmüşük ki, məqamında nümayiş olunan jest, atılan qətiyyətli addım heç zaman unudulmur. Azərbaycan Prezidentinin qardaş Türkiyəyə bu tarixi səfəri də cəsarətli və qətiyyətli addım kimi diplomatiya tarixinə düşəcək. Sonra Novruz bayramını Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov demişdir ki, bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də yüksək əhval-ruhiyyə ilə qeyd olunan bu bayramın milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Ulu öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Novruz bayramının əhəmiyyətindən, atributlarından, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşatmaq baxımından oynadığı roldan ətraflı söhbət açılan tədbirdə qeyd olunmuşdur ki, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, qədim el bayramı olduğu vurğulanıb. Bildirilib ki, xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da kollektivə və xalqımıza Novruz təbriklərini çatdırmış, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafındakı, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan, qurucusu Ulu Öndərimiz olan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan ətraflı söhbət açmışdır. Tədbirdəki çıxışlarda əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər Novruz bayramlarını öz doğma yurdlarında qeyd edəcəklər. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı sədrinin müavini Qərib Məmmədov da iştirak etmişdir.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb