"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1912
V.Kalin: “Azərbaycan Hökuməti məcburi köçkünlərlə bağlı məsuliyyətini aydın dərk edir” BMT rəsmisi bunu Baş nazirin müavini cənab Ə.Həsənovla görüşdə demişdir.
Mətbuat xidmətinin məlumatı 24 May, 2010
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də ölkəmizdə səfərdə olan BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ilə görüşmüşdür. Baş nazirin müavini Valter Kalinin ölkəmizə 2007-ci ildəki səfərini, səfərin yekunlarına dair BMT-nin İnsan Hüquqları Şurasına hesabat təqdim etdiyini xatırlatmışdır. Qeyd etmişdir ki, həmin hesabatda problemlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər obyektiv qiymətləndirilmişdi. Eyni zamanda, sənəddə doqquz tövsiyə var idi. Bunlar BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası, münaqişə həll olunana qədər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, regionlarda onlar üçün salınan qəsəbələrin cəbhə xəttinə yaxın olmaması, yeni qəsəbələrdə kənd təsərrüfatı istiqamətli fəaliyyətin mümkünlüyü, təhsil və səhiyyə məsələləri, paytaxtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların təmir olunması, bu kateqoriyadan olanların ölkə daxilində miqrasiyasının beynəlxalq normalara uyğunlaşdırılması, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı idi. Əli Həsənov məlumat vermişdir ki, hələ V.Kalin ölkəmizdə olan vaxt “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı” icra edilirdi, o cümlədən qəsəbələr salınırdı. İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə demişdi: «Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir». Dövlət başçısı vədini bir il qabaq yerinə yetirdi: 2007-ci il sentyabın 27-də sonuncu çadır düşərgəsi ləğv edildi. Ə.Həsənov 2001-2009-cu illərdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işləri sadalamışdır. Xatırlatmışdır ki, Azərbaycan Prezidenti 2009-cu ilin sentyabrında “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, 2010-cu ilin fevralında “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Baş nazirin müavini daha sonra demişdir ki, məcburi köçkünlərin ölkə daxilində miqrasiyasına məhdudiyyət qoyulmur. Bununla bərabər, Azərbaycan hökuməti onların sıx məskunlaşmasının tərəfdarıdır, çünki bu, geriyə qayıdış prosesini asanlaşdıracaqdır. Salınmış qəsəbələrlə cəbhə xətti arasında digər yaşayış məntəqələri vardır. Məcburi köçkünlərin kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaları üçün şərait yaradılmışdır, onların təhsili və sağlamlığının mühafizəsi diqqət mərkəzindədir, Bakı şəhərində məskunlaşdıqları yataqxanalar təmir olunur. Azərbaycan hökuməti həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin özləri üçün bir nömrəli hesab etdikləri qaçqın-köçkün probleminin həllinə vəsait əsirgəmir. Azərbaycan rəhbərliyi əsas problemə həssas münasibət göstərir. İndiyədək qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, o cümlədən 64 qəsəbənin salınmasına 2,9 milyard ABŞ dolları xərclənmişdir. Bunun 2,1 milyardı Azərbaycan hökumətinin payına düşür. Beynəlxalq humanitar təşkilatların fəaliyyəti üçün ölkəmizdə çox əlverişli şərait yaradılmışdır. Ümumiyyətlə, ilk tövsiyədən başqa, digərlərinin hamısına dönmədən əməl olunur. Adıçəkilən qətnamələrin kağız üzərində qalmasının səbəbi isə Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması, beynəlxalq ictimaiyyətin rəyinə saymazyana münasibətidir. Baş nazirin müavini “Böyük qayıdış” proqramı, beynəlxalq humanitar təşkilatların fəaliyyətinin əlaqələndirilməsi sahəsində Azərbaycanın təcrübəsi barədə də ətraflı məlumat vermişdir. Valter Kalin yenidən ölkəmizdə olmasından məmnunluğunu ifadə etmiş, Azərbaycan hökumətinin məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü böyük işləri yüksək qiymətləndirmişdir. O vurğulamışdır ki, Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı məsuliyyətini aydın dərk edir. V.Kalin müvafiq qanunvericilik sahəsində görülmüş işləri bəyəndiyini, hökumətin beynəlxalq qurumlarla səmərəli əlaqələndirmə işinin, ümumiyyətlə, qaçqın-köçkün problemi ilə bağlı beynəlxalq əməkdaşlığın təşkilindən razılığını bildirmişdir. Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Arun Sala Nqarm iştirak etmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib