XƏBƏRLƏR
Çap et
1241
İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır
Mətbuat xidmətinin məlumatı
17 Noyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov noyabrın 17-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşmüşdür.
Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla İsveçrə arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir. Ölkələrimizin mövcud qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmiş, siyasi, mədəni, humanitar, iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunmasını ölkələrimiz arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirmişdir.
Görüşdə Baş nazirin müavini səfirə Azərbaycan həqiqətləri, ölkəmizdə gedən inkişaf prosesləri, Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib. Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Çünki bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşir. Bu, qəbuledilməzdir. Bizə deyirlər ki, xalqlar arasında etimad yaradılmalıdır. Biz ermənilərlə 200 il bir yerdə yaşamışıq. Əgər etimad olmasaydı 200 il bir yerdə necə yaşaya bilərdik?
Baş nazirin müavini diqqətə çatdırıb ki, 30 il bundan qabaq dünyada qaçqın və məcburi köçkünlərin sayı 35 milyon idi, bu gün isə onların sayı 60 milyonu keçib və 70 ölkəni əhatə edir. Münaqişələrin heç biri həllini tapmır. Çünki böyük dövlətlər bu problemləri həll etmək istəmirlər, səbəbini də demirlər.
Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər. Azərbaycanın 1 milyon 200 min insanı 22 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir?
Görüşdə Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırımışdır ki, bu günlərdə qardaş Türkiyə Cumhuriyyəti tərəfindən Türkiyənin Antaliya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G-20) Antalya Sammitinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın dəvət edilməsindən, ölkə prezidenti cənab İlham Əliyevin çıxış edərək ölkəmizin mövqeyinin dünyaya çatdırılmasından qürur duyuruq. Bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir.
Baş nazirin müavini bildirmişdir: “ “Böyük İyirmiliyin” Antalya Sammitində dövlətlər qərara gəldilər ki, terora qarşı birgə mübarizə aparmalıdırlar. İndiyə qədər bəs bunları bilmirdilər? Bu münaqişələri kimlər yaradır? Öz-özünə münaqişə yaranmır. Bu münqişələri böyük dövlətlər yaradır. Dünyanın böyük olkələri həm iqtisadi maraqlarını, həm siyasi maraqlarını, coğrafi mövqelərini, regionlardakı təsir dairələrini genişləndirmək üçün bu münaqişələri yaradırlar. Bu həmişə belə olub, indi də belədir. Bu münqişəni yaradanlar özləri indi onunla qarşılaşırlar”.
Əli Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan isə müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub.
Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak edib. Ərazilərimizin işğal olunmasına baxmayaraq Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz bir ölkədir.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Nəticələr də göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur.
Ölkəmizin MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Baş nazirin müavini Əli Həsənov bildirib ki, olkəmiz dünyada ən layiqli yerini tutub. Azərbaycan öz inkişaf tempinə görə BMT-nin göstəricilərində dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil edilib. Azərbaycanda son 10 ildə 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilə qədər neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Artıq bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Baş nazirin müavini bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 il fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulamışdır ki, bu müddətdə müxtəlif sahələri əhatə edən proqramlar həyata keçirilmişdir. Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmamış Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmışdır.
Ətraflı məlumata görə minnətdarlığını bildirən İsveçrəli diplomat Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirmiş, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırmışdır. Filip Ştalder vurğulamışdır ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır.
Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən səfir Filip Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd etdi. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb