"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1170
Ermənistanın tutduğu mövqe bu gün təkcə region üçün deyil, həm də dünya üçün təhlükəlidir
Mətbuat xidmətinin məlumatı 28 Oktyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov oktyabrın 28-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın Montana Universitetinin professoru, müstəqil jurnalisti olan Tomas Qoltsla görüşmüşdür. Görüşdə Baş nazirin müavini Əli Həsənov 15 il müddətində Cənubi Qafqaz bölgəsində müstəqil jurnalist kimi araşdırmalar apardığı, müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olarkən apardığı araşdırmalar nəticəsində “Azərbaycan Gündəliyi “ adlı kitab yazması, və orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında geniş məlumatlat toplaması, Amerika ictimaiyyətinə Xocalı faciəsi ilə bağlı məlumatları çatdıran ilk jurnalist olduğu üçün Amerika Birləşmiş Ştatlarından olan Tomas Qoltsa dərin minnətdarlığını bildirmişdir. Baş nazirin müavini qeyd etmişdir ki, “biz bilirik ki, Siz müxtəlif vaxtlarda ABŞ və onun ayrı-ayrı şəhərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən konfranslarda iştirak etmiş, mühazirələr oxumuş və Xocalı faciəsi haqqında çəkdiyiniz sənədli filmi nümayiş etdirmisiniz. ABŞ-da olan Erməni icması isə Sizi Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyiniz üçün müxtəlif vaxtlarda ittiham etmişdirlər. Lakin Siz Xocalı soyqırımının şahidi kimi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük işlər görmüsünüz”. Əli Həsənov həmçinin Tomas Qoltsun doğma torpaqları işğal altında olan Qarabağ futbol klubundan bəhs ediən “Qarabağ” adlı film çəkməsini, həmin filmin Monakko Knyazlığında idman filmləri festivalında nümayiş olunaraq mükafata layiq görülməsini yüksək qiymətləndirmiş, hazırda həmin filmin bütün dünyada nümayiş olunması üçün rejissora uğurlar arzulamışdır. Görüşdə vurğulanmışdır ki, həmin film Monakko Knyazlığında nümayiş olunarkən bir erməni Tomas Qoltsa yaxınlaşmış və filmin sifariş əsasında hazırlandığını bildirmişdir. Görüşdə Tomas Qolts bildirib ki, onun əsas məqsədi dünyaya çatdırmaq istəyir ki, bu filmin hazırlanması qaçqın və məcburi köçkünlərin öz vəsaitləri hesabına çəkilb və bu insanlar ümüd edirlər ki, bu film onlar haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayacaqdır. Bununla əlaqədar olaraq Baş nazirin müavini Əli Həsənov 1100 nəfər məcburi köçkünün imzası ilə toplanmış müvafiq sənədləri Tomas Qoltsa təqdim etmişdir. Tomas Qolts hazırladığı həmin filmi öz komputerində Əli Həsənova göstərmiş və Baş nazirin müavini həmin filmə baxdıqdan sonra bildirmişdir ki, dünyada yeganə qaçqın kulubdur ki, öz doğma torpaqları işğal altındadır . Baş nazirin müavini eyni zamanda diqqətə çatdırıb ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir. Azərbaycanın müstəqil dövlət kimi müstəqil siyasət yeritdiyini, münaqişənin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Ə.Həsənov həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verərmişdir. Ətraflı məlumata, ona təqdim edilən materiallara və məcburi köçkünlərin imzası ilə hazırlanmış sənədlərə görə minnətdarlığını bildirən Tomas Qolts bundan sonra da Azərbaycan haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında öz köməyini əsirgəməyəcəyini bildirmişdir.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib