"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1342
Növbəti xeyirxahlıq
Mətbuat xidmətinin məlumatı 22 Oktyabr, 2015
Valideyinsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verilmişdir Xalqımızın tarixinə qanlı və bəşəri faciə kimi yazılmış xocalı faciəsi qurbanlarının xatirəsi Azərbaycan xalqının qəlbində düşmənə daim nifrət hissi oyatmaqla bərabər əbədiyyət qazanmışdır. Bu misli görünməmiş faciənin qurbanlarının, onların ailələrinin, faciə nəticəsində əlil olanların, itkin düşənlərin, valideyinlərini itirənlərin ailələrinə və yaxınlarına daim diqqət və qayğı göstərilməsi dövlətimizin və şəxsən cənab Prezidentin gündəlik diqqət mərkəzində durur, onların qayğılarının yüngüləşdirilməsi, problemlərinin aradan qaldırılması üçün davamlı tədbirlər həyata keçirilir. Elə oktyabrın 22-də Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqrımı zamanı hər iki valdeyinini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailəyə də yeni mənzillərin verilməsi bu qayğı və diqqətin nəticəsidir. Bununla bağlı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideyinini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gəncləri qəbul etmişdir. Həyatın ağrı-acıları ilə böyümüş bu gənclərin dövlət başçısının tapşırığına əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrıldığını bildirən Baş nazirin müavini Ə.Həsənov Azərbaycan dövlətinin bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həllini bundan sonra da diqqət mərkəzində saxlayacağını bildirmiş, onlara yeni mənzillərində xoşbəxtlik arzulamışdır. Soyqrımı zamanı hər iki valdeyinini itirmiş və valdeyin həsrətilə böyümüş gənclərdən Yasəmən Həsənova, Natiq Məmmədov, Həmayil Vəliyeva, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova öz çıxışlarında bu xeyirxahlığa görə minnətdarlıqlarını bildirərək cənab Prezident İlham Əliyevin bu tapşırığını nəinki təkcə Xocalıdan olan, eyni zamanda ölkəmizdəki bütün qaçqın və köçkünlərə göstərdiyi qayğının növbəti təzahürü kimi dəyərləndirmişlər. Sonra yeni mənzil almış məcburi köçkün gənclərə Dövlətqaçqınkomun Repatrasiya Departamenti tərəfindən mənzillərin orderləri və açarları təqdim olunmuşdur.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb