XƏBƏRLƏR
Çap et
1474
Herbert Salber: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir
Mətbuat xidmətinin məlumatı
30 Sentyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov snetyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan ilə Avropa İttifaqı arasında hər zaman yaxşı əlaqələrin olduğunu bildirərək deyib: “Avropa İttifaqının hər hansısa qurumunun Azərbaycana qarşı ədalətsiz münasibəti bizim əlaqələrə təsir edə bilməz. Avropa İttifaqı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, qondarma “Dağlıq Qarabağ” respublikasında keçirilən seçkiləri hər zaman qeyri qanuni hesab edib”.
Sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədən danışan Baş nazirin müavini bildirib: “O qətnaməyə səs verən Avropa Parlamentinin deputatlarının əslində elə bir səlahiyyətləri yoxdur. Bu qətnaməyə səs verən deputatlar erməni diasporasının vəsaiti hesabına alınmış insanlardır. Bu deputatlar öz ölkələrində çox aqressiv insanlar olduqları üçün məhz həmin dövlətlər tərəfindən Avropa Parlamentin göndərilirlər. Yəni demək olar ki, bu xalqlar həmin insanlardan canlarını qurtarmaq üçün onları ölkədən sürgün edirlər”.
Əli Həsənov bildirib ki, Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələr hələ də icra edilməyib. Əgər bu qətnamələr icra olunmursa, onda onların əhəmiyyəti nədir?
Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb, onların məşğulluq problemi həll edilib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.
Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasındakı çıxışına toxunan Əli Həsənov deyib: “Təsəvvür edə bilmirəm ki, BMT-nin Baş Assambleyası kimi nüfuzlu qurumun tribunasından bir ölkənin prezidentinin başqa bir dövlətin ünvanına bu cür təhqiramiz ifadələr işlətməsinə necə icazə verilə bilər? Düşünürəm ki, Serj Sarkisyan pisixi xəstədir və bunun nəticəsində bu cür qeyri etik ifadələr işlədib. Bəs, BMT Baş Assambleyası nə üçün ona bu şansı yaradır? Bax, bütün özbaşınalıqlar belə yaranır. Serj Sarkisyan bütün diplomatik etik normalarını, protokol qaydalarını pozub. Buna görə, onun bu sərsəm çıxışı dayandırılmalı idi. Hesab edirəm ki, Serj Sarkisyanın yeri artıq psixidispanserdir. Bu sözləri deyən biri - Serj Sarkisyan terrorçudur. O, Robert Koçaryan ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı orada törədilən terror aktlarının, genosidin bir başa təşkil edən şəxslərdirlər. Ermənistan prezidenti bu günlərdə Rusiyanın “Nezavisimaya qəzeti”nə verdiyi müsahibədə deyib ki, onun ölkəsi Azərbaycan üçün cəzaverici qılınca çevrilə bilər. Bu sözləri deyən bir şəxs əgər vaxtı ilə Qarabağda bir nömrəli terrorçu idi isə, bu gün dünyanın bir nömrəli terrorçusudur. Bizdə olan məlumata görə, Serj Sarkisyanın ailə üzvlərindən biri – qızının əri narkotik satışı ilə məşğuldur”.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa İttifaqının Ermənistan-Azərbaycan, dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O , deyib ki, münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və problem tezliklə həllini tapmalıdır.
Herbert Salber Azərbaycanın Avropa İttifaqı üçün hər zaman önəmli tərəfdaş olduğunu söyləyib. O, gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif sahələri əhatə edən müzakirələrin aparılmasının da vacibliyini qeyd etdi.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









