XƏBƏRLƏR
Çap et
1159
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in Bakıdakı nümayəndəliyinin yeni rəhbəri Dövlətqaçqınkomda olublar
Mətbuat xidmətinin məlumatı
17 Sentyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 17-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Bakıdakı nümayəndəliyinin yeni rəhbəri xanım Mikaela Meredis ilə görüşüb.
Baş nazirin müavini Əli Həsənov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında geniş məlumat verib.
Görüşdə Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə toxunan Baş nazirin müavini deyib: “Bir neçə gün bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı əsassız, qərəzli bir qətnamə qəbul edib. Biz Azərbaycana dair qəbul edilmiş bu qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyir və onu ədalətsiz, qərəzli hesab edirik.
Avropa Parlamenti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından zorla qovulmuş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarından 23 ildə bir dənə də olsun qərar qəbul etməyib. Biz hadisələrə obyektiv, müqayisəli münasibət istəyirik.
Hesab edirik ki, Azərbaycana bu cür ədalətsiz münasibət bütövlükdə Avropa Parlamentinin deyil, son illər ölkəmizdə əldə edilmiş uğurları, müstəqil siyasəti, dinamik inkişafı gözü götürməyən, antiazərbaycan mövqeli, erməni diasporunun əlində alətə çevrilən, onların sifarişi ilə hərəkət edən bəzi qüvvələrin və deputatların məqsədli şəkildə təşkil etdikləri növbəti çirkin kampaniyadır.
Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb, onların məşğulluq problemi həll edilib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.
Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil siyasət yürüdür, dünyanın bütün dövlətləri, həmçinin Avropa Parlamenti ilə qarşılıqlı əlaqələrin daim möhkəmləndirilməsinə və genişləndirilməsinə çalışır. Hətta ölkəmizin başçısı Avropanı düçar olduğu enerji təhlükəsindən xilas etmək yolunda, heç bir təhdiddən çəkinməyərək qəti addımlar atır. Ancaq belə bir zamanda Avropa Parlamentində ölkəmizə qarşı bu cür ədalətsiz qətnamənin qəbul edilməsi təəssüf doğurur.
Baş nazirin müavini ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Bəs nə üçün bizə münasibət soyuqdur? Niyə bizim 1 milyondan çox insanımız 20 ildən artıqdır qaçqın və məcburi köçkün şəraitində yaşamalıdır? Onların hüquqları yoxdurmu? Onların hüquqları tapdalanmırmı? Bizi narahat edən də budur.
Əli Həsənov diqqətə çatdırıb ki, "Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.
İlk növbədə ATƏT-in Minsk qurupunun üzvləri öz qətiyyətlərini qoymalıdırlar ortaya, öz aralarında bu məsələni həll etməlidir, yəni ABŞ və Fransa bu problemin həlli üçün Rusiya ilə danışmalıdır.
Digər tərəfdən isə ABŞ və Fransa kimi böyük dövlətlər həm region üçün, həm də dünya üçün təhlükəli olan təcavüzkar Ermənistanın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalıdırlar və onu beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Ancaq bu gün görürük ki beynəlxalq birlik bu problemin həll olunmasını yubadır və bu problemdən özləri üçün istifadə edirlər.
Mən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə də münaqişənin həll olunmamasını, uzadılmasını, beynəlxalq birliyin bu münaqişədən öz xeyrinə istifadə etməsini söylədim. Münaqişənin həllinə cavabdeh olan ölkələr nədənsə bunun sona çatmasını istəmir. Azərbaycan xalqı da, Ermənistan xalqı da artıq bu münaqişədən yorulub, amma görünür siyasətçilər yorulmayıb. Bunu nə qədər uzatmaq, ölkələri nə qədər asılı vəziyyətdə saxlamaq olar? Nə qədər danışıqlar aparmaq, görüşlər keçirmək olar? Biz bu münaqişənin nə zaman qurtaracağını səbirsizliklə gözləyirik".
Baş nazirinin müavini deyib ki, get-gedə insanların dünya güclərinin ədalətli qərar çıxaracağına inamı qalmır. Ölkələr arasında, xalqlar arasında birmənalı etimad olmasa bu münaqişələr davam edəcək. Etimad da o vaxt mümkün olacaq ki, səmimiyyət olsun.
Əli Həsənov diqqətə çatdırıb ki, USAID ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub. Biz onların layihələrinin icrasına bütün köməkliyi etmişik və edəcəyik. Son 20 ildə ölkədə həyata keçirilən humanitar proqramların həcmi təxmini 1 milyard dollardan çoxdur. Onun 460 milyon dolları ABŞ-ın müxtəlif dövlət qurumları və bu ölkənin QHT-ləri tərəfindən həyata keçirilən proqramların payına düşür. Bir sözlə son 20 ildə ölkəyə yönəldilmiş humanitar vəsaitin 50 faizi ABŞ-ın payına düşür. Bu vəsaitlər hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun sərf edilib. Biz bu köməyi hər zaman yüksək qiymətləndiririk. Əgər vaxtı ilə bunlar olmasaydı bizim üçün çox çətin olardı. Şükürlər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Lakin buna baxmayaraq biz bir xalq olaraq yaxşılıqları heç vaxt unutmuruq".
Qəbula görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin və qaçqınların düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. Bura gəldiyim ilk gündən belə bir fikir səsləndirmişəm ki, uzun illərdir insanların yaddaşına hopmuş "dondurulmuş münaqişə" ifadəsi yanlışdır, belə bir şey yoxdur.
Diplomat deyib ki, rəsmi Vaşinqton çox diqqətlə cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri izləyir. İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır. Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik.
USAID-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis bildirib ki, qarşıdakı iki il ərzində burada fəaliyyət göstərəcək. O, ötən illərdə USAID-in Azərbaycandakı nümayəndəliyi ilə qurulmuş yüksək əməkdaşlığa görə minnətdarlığını bildirib.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb