XƏBƏRLƏR
Çap et
2081
Braziliya Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır
Mətbuat xidmətinin məlumatı
16 Sentyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 15-də Braziliya Deputatlar Palatasında Xarici Əlaqələr Katibliyinin sədri Atila Lins və müşavir-elçi Marcus Andre Rouanet Machado de Mello ilə görüşüb.
Azərbaycan hökuməti adından qonaqları salamlayan Əli Həsənov iki ölkə arasında mövcud əlaqələrdən danışıb.Azərbaycan ilə Braziliya arasında münasibətlərin inkişaf yolunda olduğunu söyləyən Baş nazirin müavini bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.
Azərbaycanın haqq işinin Braziliya tərəfindən daim dəstəklənməsini yüksək qiymətləndirən Əli Həsənov mühüm beynəlxalq tədbirlərdə ədalətli qərarların qəbuluna birlikdə səs verməyin zəruriliyini vurğulayıb.
Əli Həsənov deyib: “Şərqlə Qərbin qovuşuğunda, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Ümumi daxili məhsulun artım templərinə görə son beş ildə ölkəmiz dünyada öncül mövqedədir. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Məhz bunun nəticəsidir ki, bu gün Bakıda “Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum keçirilir”.
Ölkəmizin MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dünyanın maraq dairəsindədir. Artıq bu gün bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, beynəlxalq dialoq forumlarını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar.
Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da geniş məlumat verib.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.
Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə toxunan Baş nazirin müavini deyib: “Bizə insan haqları ilə bağlı irad tutanlar 23 ildən çoxdur haqqı pozulan 1 milyon 200 min qaçqın və məcburi köçkünün hüquqlarını görməzdən gəlirlər. Biz artıq beynəlxalq birlikdən ədalətli qərar gözləmirik. Ancaq özümüzə və Prezident İlham Əliyevin ölkəmizin gələcək inkişafı naminə apardığı məqsədyönlü siyasətə inanırıq”.
Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünü məskunlaşdırıb, onların məşğulluq problemini həll edib.
Səmimi görüşə görə Əli Həsənova minnətdarlığını bildirən Atila Lins qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını söyləyib. Bildirib ki, Braziliya kənd təsərrüfatı, turizm, ticarət sahələrində birgə layihələrin reallaşdırılmasına önəm verir. Artıq keçirdiyi bir sıra görüşlərdə bu sahələrdə əməkdaşlıqla bağlı fikirlər də səsləndirilib.
Qonaq deyib ki, ötən il bir çox braziliyalı turist Azərbaycanın qonağı olub. Turistlərin qarşılıqlı səfərləri ölkələr arasında münasibətlərə müsbət təsir göstərir.
Xarici Əlaqələr Katibliyinin sədri bildirib ki, parlamentlərarası münasibətlərin inkişafı bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərir.
Atila Lins Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının böyük qələbələr qazanacağına inandığını deyib. O, Əli Həsənovu ölkəsinə səfərə dəvət edib.
Sonda qonaqlara ingilis dilində hazırlanmış “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb