"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1197
Fransalı senatorlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar
Mətbuat xidmətinin məlumatı 15 Sentyabr, 2015
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 14-də Fransa Respublikası Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş nazirin müavini Əli Həsənov nümayəndə heyətinə Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib. Baş nazirin müavini qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, 1milyon 200 min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb. Bu, ölkəmizin bir nömrəli problemidir. Digər problemlər həllini tapıb. Əli Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Bu qrup elə yaradılıb ki, mövcud problem həll edilməsin. Əli Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə toxunan Baş nazirin müavini deyib: “Sizin burada səfərdə olduğunuz vaxt Avropa Parlamenti Azərbaycana qarşı əsassız bir qətnamə qəbul edib. Biz o qərəzli qətnaməni bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş müzakirə etdik. Tədbirdə Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin adından iki müraciət qəbul olundu - biri Azərbaycan Prezidenti İlham Əliyevə, digəri isə Avropa Parlamentinə. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından zorla qovulmuş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün müraciətində Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul edilmiş qətnamə birmənalı olaraq pislənilir. Niyə də pislənilməsin? Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etmək səlahiyyətləri yoxdur. Onun bu qərəzli addımı ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilədir”. Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünü məskunlaşdırıb, onların məşğulluq problemini həll edib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub. Senatın Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard deyib ki, ölkəmizə səfərin məqsədi Azərbaycan ilə Fransa arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat və turizm sahələrində əlaqələri daha da möhkəmləndirməkdir. A.Rişard xatırladıb ki, senator olduğu müddətdə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə üç dəfə görüşüb və bu gün yenidən görüşəcəklərini diqqətə çatdırıb. Dostluq qrupunun sədri təəssüflə bildirib ki, Azərbaycan ərazisinin 20 faizi uzun illərdir işğal altındadır. İnsan haqlarından danışmazdan əvvəl bu problem həll olunmalıdır. Təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu barədə heç nə deyilmir. Bu qətnamə əsas problemin həllini kölgədə qoymamalıdır. Biz Avropa ölkələri olaraq iki istiqamətdə iş aparmalıyıq. Əvvəlcə işğal altındakı torpaqlar azad olunmalı, sonra isə insan haqlarından danışmalıyıq. BMT Təhlükəsizlik Şurasının Qağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməlidir. Dostluq qrupunun sədr müavini xanım Natali Qule deyib ki, biz bir çox halda siyasətdən danışırıq, amma bu münaqişədən əziyyət çəkən insanların ağrı-acılarını unuduruq. Sizin də qeyd etdiyiniz kimi, bu gün doğrudan da Avropa 100-200 min qaçqının qarşısında aciz vəziyyətdə qalıb. Azərbaycanda isə bu sahənin idarə olunması ilə bağlı vəziyyət çox yaxşıdır. Sizin təcrübəniz imkan verir ki, bununla əlaqədar öz təkliflərinizi verəsiniz.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb