"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1609
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru azərbaycanlı məcburi köçkünlərlə görüşüb
Mətbuat xidmətinin məlumatı 04 Sentyabr, 2015
Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq sentyabrın 3-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olub. Qonaq məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olub. Zəngilandan məcburi köçkün Ceyhun Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm surətdə diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır. Uilyam Leysi Sinqin diqqətinə çatdırılıb ki, istər Bakıda və Bakıətrafı ərazilərdə, istərsə də respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbələr və məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bildirilib ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, ərazidəki 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılıb və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar. Qonağa məhəllədə yaradılan şərait barədə ətraflı məlumat verilib. Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların ağır həyat şəraiti ilə tanış olub. Məcburi köçkünlərlə söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı öz yurd-yuvalarına qayıdacaqlarına əmindirlər və Ali Baş Komandanın əmri ilə hər an doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdırlar.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb