XƏBƏRLƏR
Çap et
1583
Baş nazirin müavini Əli Həsənov: Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək
Mətbuat xidmətinin məlumatı
24 Avqust, 2015
Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.
Görüşdə Əli Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib. Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə və qərarlarını Ermənistan hələ də yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Lakin o da indiyədək heç bir səmərəli iş görməyib.
Əli Həsənov bildirib ki, biz ədalətin bərpa olunmasını istəyirik. Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür. Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi və daşınması üçün istifadə etdiyini deyən Əli Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib. Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu Azərbaycana ilk səfəridir və Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb. O deyib: “Eyni zamanda, Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox gözəl münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar”.
Maykl Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi də narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ ciddi irəliləyiş yoxdur.
Görüşün sonunda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









