XƏBƏRLƏR
Çap et
1128
“Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib
Mətbuat xidmətinin məlumatı
06 May, 2015

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda birgə konfransı keçirilib.
Əəvvəlcə konfrans iştirakçıları Ümummilli Liderin komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rəsmi şəxslər, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyi, “Azərbaycan” qəzetinin əməkdaşları iştirak ediblər.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Həsənov konfransda çıxış edərək bildirib ki, dünyanın tarixi nadir şəxsiyyətləri təsadüfən olmur. Nadir şəxsiyyətləri yaradan və formalaşdıran amillər var. Bunlar genetik amil, ailədə alınan tərbiyə, düşdüyü mühit və Tanrı vergisidir. Ulu öndər Heydər Əliyevdə olan qətiyyət, prinsipiallıq genetikdir. Vətənə, xalqa məhəbbət isə ailədə formalaşıb. Hər yerdə birinci olmaq, məqsədinə çatmaq amili isə onun düşdüyü mühitlə əlaqədardır. Dünyanın siyasətinə, iqtisadiyyatına yiyələnmək, dünya siyasətinə qoşulmaq, siyasətin korifeyinə çevrilmək Tanrı vergisidir.
Əli Həsənov qeyd edib ki, sovet dövründə ulu öndər Heydər Əliyev Azərbaycanın sənayesinin, kənd təsərrüfatının, təhsilinin, səhiyyəsinin və digər bütün sahələrinin təməlini qoyub, gələcək inkişaf üçün baza yaradıb. Ulu Öndər Azərbaycanı Sovet İttifaqı səviyyəsində ən tanınmış bir ölkəyə çevirib.
Baş nazirin müavini sovet dövründə Heydər Əliyevin yüksək vəzifəyə təyin olunarkən qarşılaşdığı çətinliklər, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda gedən inkişaf, tərəqqi barədə danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim aşılanmalıdır.
Əli Həsənov bildirib ki, Ulu Öndərə qarşı həmişə qısqanclıq, düşmənçilik və nankorluq olub. Bu gün bu qısqanclıq yenə də var. Prezident İlham Əliyevin gördüyü işlərə, Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirdiyinə, onun məharətinə, bacarığına görə də beynəlxalq səviyyəli qısqanclıq yaranıb. Prezident İlham Əliyevin gördüyü işlərin dünyada əvəzi yoxdur. Əli Həsənov deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən danışarkən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da zəhmətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı öz xalqına, ölkəsinə xidməti ilə dünyanın bütün ölkələrinin birinci xanımlarından fərqlənir”.
Baş nazirin müavini vurğulayıb ki, yüz illər keçəndən sonra da Ulu Öndər haqqında hər dəfə yeni fikirlər səslənəcək. Ümummilli lider Heydər Əliyev dünya siyasətinin bir nömrəli korifeyidir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi bir rəhbəri olub və hazırda Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin tarixindən bəhs edən Əli Həsənov vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. “Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca Minsk qrupunun həmsədri olan dövlətlər barədə tənqidi çıxışlarımı davam etdirəcəyəm. Mənim söylədiyim tənqidi fikirlər ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövlətin xalqlarına deyil, onların rəsmilərinədir”, - deyə Əli Həsənov əlavə edib.
Baş nazirin müavini bildirib ki, Ermənistandakı hazırki rejim öz əhalisi ilə düşmənçilik edir, öz əhalisini dilənçi kökünə salıb. O, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin mütləq azad ediləcəyini də vurğulayıb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycan öz inkişaf yolundadır. Dövlətimizin başçısı Azərbaycanı sürətli tərəqqi edən bir ölkəyə çevirib. İnsanlarımızın həyat tərzi gündən-günə yaxşılaşır. Respublikamızın regionları inkişaf edir, abadlaşır, yeni iş yerləri yaradılır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, tarixi şəxsiyyətindən, Ulu Öndərin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördükləri işlərdən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda böyük önəm daşıdığını bildirən Bəxtiyar Sadıqov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisələri kəskin pisləməsini, bununla da xalqına ağır gündə dəstək çıxmasını xatırladıb. Bildirib ki, ulu öndər Heydər Əliyev ən çətin dövrdə xalqına arxa olub. Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv edib, torpaq islahatını həyata keçirib. Bu, cəsarət və qətiyyət tələb edən addımlar idi. Ulu Öndər Azərbaycanda qısa müddətdə bazar iqtisadiyyatı münasibətləri prinsiplərinin bərqərar olmasına şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Füzuli rayonundan olan məcburi köçkün, “Qayıdış” qəzetinin redaktoru, rayon ağsaqqallar şurasının sədri Məcnun Namazəliyev, Şuşa rayon məşğulluq mərkəzinin direktoru Vəsilə Xəlilova, Qubadlı rayonundan olan məcburi köçkün, təqaüdçü Azad Hacıyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov konfransa yekun vurub.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb