XƏBƏRLƏR
Çap et
1233
İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı
09 Dekabr, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov dekabrın 9-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul etmişdir.
Görüşdə əsasən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Baş nazirin müavini Əli Həsənovun bu ilin 23-27 noyabr tarixlərində rəsmi Tehrana gerçəkləşən səfərinin və bu səfər proqramı çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticəsi müzakirə olunmuşdur.
Səfərin və keçirilən bütün görüşlərin yüksək səviyyədə təşkilinə və göstərilən xoş münasibətlərə görə İran tərəfinə təşəkkürünü bildirən Baş nazirin müavini bütün bunları İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi kimi dəyərləndirmişdir.
İranda keçirdiyi görüşlər və aparılan danışıqlar barədə söhbət açan Baş nazirin müavini bildirmişdir ki, bütün görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, qonşu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə keçirilən görüşlər xüsusilə əhəmiyyətli olub. İran-Azərbaycan münasibətlərinə toxunan Ə.Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkmiş, səfər proqramı çərçivəsində bu məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparıldığını bildirmişdir.
Təmsil etdiyi ölkə barədə dediyi xoş sözlərə və səmimi qəbula görə minnətdarlığını bildirən Möhsün Pakayin bütün bunlardan məmnunluğunu ifadə edərək vurğulamışdır ki, bu səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlanılmışdır. Belə ki, İran tərəfində texniki, təhsil və sosial sahələrdə, ictimai təminat, humanitar, müştərək investisiyalar, əmək məsələləri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılması və müzakirə olunmuş digər məsələlərə və irəli sürülmüş təkliflərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq üçün hazırlıq işləri davam etdirilir ki, bunlar da özünün müsbət nəticəsini verəcəkdir.
Sonda belə bir əminlik ifadə olunmuşdur ki, Baş nazirin müavini Ə.Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəkdir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən nümayiş etdirilən siyasi iradə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit şərait yaratmışdır.
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib