XƏBƏRLƏR
Çap et
1397
Məcburi köçkünlərlə bağlı həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı
03 Dekabr, 2014
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov dekabrın 3-də ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı və səfirliyin hərbi attaşesi Kristofer Monohanı qəbul etmişdir.
Birləşmiş Ştatların Avropa Komandanlığının ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdindəki Hərbi Əməkdaşlıq Şöbəsi vasitəsilə indiyədək həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və gələcək planlarla əlaqədar keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, onların həyat şəraitinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb.
Qeyd olunmuşdur ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılmasının, bu təşkilatlar tərəfindən həyata keçirilən layihələrin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməsinin nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. Bunun nəticəsidir ki, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları da ötən müddət ərzində digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərə səhiyyə xidmətinə, təhsil müəssisələrinin əsaslı təmirinə, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, mikrokreditlərin paylanmasına və digər bu kimi sahələrə yönəltmişdir.
Dünyada baş verən münaqişələr nəticəsində qaçqın və məcburi köçkünlərin sayının artdığını, Azərbaycan dövlətinin iqtisadi inkişafının yüksəlməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün bunlara baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımızın olduğunu, bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən bütün layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayan Baş nazirin müavini Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Birləşmiş Ştatların Bakıdakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin ölkəmiz haqqında qərəzli və heç bir reallığa söykənməyən fikirləri ilə bağlı narazılığını da bildirmişdir.
ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Derek Hoqan Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib və eyni zamanda əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına əminliyini bildirmişdir.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









