XƏBƏRLƏR
Çap et
1255
Məcburi köçkünlər üçün salınan qəsəbələrdə inşaat işlərinin gedişi müzakirə olunmuşdur
Mətbuat xidmətinin məlumatı
01 Dekabr, 2014

Dekabrın 1-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun yanında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na və ona edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə cari ildə respublikamızın müxtəlif ərazilərində salınan yeni qəsəbələrin inşasına cəlb edilmiş tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilmişdir.
Dövlətqaçqınkomun və inşa edilən obyektlərin tikintisinə sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məsul işçilərinin və mütəxəssislərinin iştirak etdiyi müşavirədə qeyd olunmuşdur ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cari ildə də işlər uğurla davam etdirilmiş, indiyədək ağır şəraitdə yaşayan yüzlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə onu qeyd edək ki, bu günlərdə Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabul rayonu ərazisində 101 ailəlik qəsəbələrə köçürülmə başa çatdırılmış, Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbəyə isə artıq köçürülmə başlanılmışdır. Eyni zamanda Gəncədə 600 ailəlik qəsəbə bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilmişdir ki, yaxın vaxtlarda bu qəsəbəyə də köçürmə işlərinə başlanılacaqdır. Digər bölgələrdə istifadəsi cari ildə nəzərdə tutulmuş qəsəbələrin inşasında da işlər uğurla davam etdirilir və işlərin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür.
Belə ki, Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün ailələri üçün bu şəhərin ərazisində 12 ha sahədə inşa olunan hər biri 54 mənzilli, 11 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət məhəllədə də işlər sürətlə davam etdirilir və 594 ailəlik bu məhəllənin də vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, məhəllənin inşasında heç bir geriləmə işlərinə yol verilməməsi, qarşıya qoyulan vəzifələrin vaxtında başa çatdırılması məqsədilə keçirilən müşavirədə Baş nazirin müavini Ə.Həsənov indiyədək görülən işləri və qarşıda duran vəzifələri təhlil edərək burada inşaat işləri aparan tikinti şirkətləri rəhbərlərinin fikirlərini dinləyərək bütün bunlarla bağlı onlara konkret tapşırıqlarını vermişdir.
İnşasına bu ilin mayında başlanan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan 480 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildirmişlər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.
Müşavirənin sonunda Baş nazirin müavini Ə.Həsənov bir daha vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunların bariz nümunəsinin göz önündə olduğunu diqqətə çatdıran Ə.Həsənov qeyd etmişdir ki, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir. Ona görə də cənab Prezident qaçqınların və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb