"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1425
Finlandiyanın Dövlət Teleradio Şirkəti Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı veriliş hazırlayır
Mətbuat xidmətinin məlumatı 26 Noyabr, 2014
Finlandiyanın Dövlət Teleradio Şirkətinin (YLE) çəkiliş qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə analitik-sənədli veriliş hazırlayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov şirkətin bu məqsədlə Azərbaycana gələn işçi qrupuna müsahibə verib. G.Fərhadov 1988-1993-cü illərdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrini əks etdirən xəritə üzərində jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri, bu münaqişə nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin salınan soydaşlarımızın problemləri, onların həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə danışıb. Komitə sədrinin müavini XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərər barədə də məlumat verib. Finlandiyalı jurnalistlərin Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın 62 regionundakı 1600 obyektdə məskunlaşan qaçqın və məcburi köçkünlərin real vəziyyəti haqqında suallarını cavablandıran G.Fərhadov BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu gün də təcavüzkar Ermənistan tərəfindən icra edilmədiyini, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun indiyədək heç bir nəticəyə nail olmadığını, dünya birliyinin bu məsələyə ikili standartlarla yanaşdığını və bütün bunların narahatlıq doğurduğunu diqqətə çatdırıb. G.Fərhadov bildirib ki, bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin istər hüquqi, istərsə də sosial müdafiəsi baxımından beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, onların doğma ocaqlarına qayıdanadək sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər zəruri problemlərinin kompleks həlli üçün Prezidentin sərəncamları ilə iki dövlət proqramı və ona əlavələr təsdiq edilib. Məhz bunun nəticəsidir ki, indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr salınıb, 46 min ailə, 210 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bütün bunlara baxmayaraq hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın olduğunu, onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirildiyini bildirən komitə sədrinin müavini bu gün Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünlərinin problemlərinin həllini tam üzərinə götürdüyünü, bu sahədə dövlətin gördüyü tədbirlərin dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Finlandiyadan gəlmiş çəkiliş qrupu Müşfiqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 1500 ailəlik qəsəbə ilə, buradakı məktəblə tanış olub, Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Nazilə Tağıyevadan, Dərnəgüldəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış, Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevdən müsahibə götürüb.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb