XƏBƏRLƏR
Çap et
1427
Azərbaycan beynəlxalq humanitar təşkilatlarla əməkdaşlığı davam etdirməkdə maraqlıdır
Mətbuat xidmətinin məlumatı
26 Noyabr, 2014

Noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin baş direktoru Mirəhməd Musəvi ilə görüşüb.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verən Mirəhməd Musəvi dedi ki, İranın Qızıl Aypara Cəmiyyəti, həmçinin Asiya, Afrika və Latın Amerikası ölkələrində fəaliyyət göstərir və bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən baş direktor 1990-cı illərin əvvəllərində 14 ay ərzində Azərbaycanda fəaliyyət göstərdiklərini xatırladı.
Bildirildi ki, Cəmiyyətin tibbi ləvazimat və dərman preparatları istehsal edən zavodları ilə yanaşı, 32 təhsil müəssisəsi də fəaliyyət göstərir. Həmin zavodlarda istehsal olunan məhsullar həm satışa çıxarılır, həm də yardım kimi istifadə olunur.
Azərbaycan və İran xalqlarının tarixi yaxınlığından danışan Mirəhməd Musəvi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi və ümidvar olduğunu bildirdi ki, Baş nazirin müavini Əli Həsənovun İrana səfəri bu məsələnin həllinə kömək edəcək.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Əli Həsənov dedi ki, tarixən heç bir xalqın torpağında gözümüz olmayıb, əksinə həmişə biz xarici müdaxilələrdən əziyyət çəkmişik. Erməni dövləti də tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ölkəmiz müstəqilliyinin ilk illərində dərin böhranla qarşılaşmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz ərazimiz işğal olundu. Bu səbəbdən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması vəziyyəti əsaslı şəkildə dəyişdi. Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da irəliyə apararaq ölkənin sosial-iqtisadi inkişafını təmin etdi. Hazırda Azərbaycanın böyük maliyyə imkanları var. BMT-nin hesabatlarında Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkə kimi göstərilib. Lakin bu, o demək deyil ki, biz beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq etməyəcəyik. Əksinə, bu əməkdaşlığın davam etdirilməsi tərəflər üçün çox faydalı olardı.
İran-Azərbaycan münasibətlərinə toxunan Əli Həsənov əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin zəruri olduğunu nəzərə çatdırdı və Mirəhməd Musəvini Azərbaycana səfərə dəvət etdi.
Görüşdə səhiyyə və tədris sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olundu.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin komandası gümüş medalla təltif edildi.
07 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhəri: Gündüzdən gecəyə ...
01 May, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdış yeni iş imkanları yaradır
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
30 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
“ZƏFƏRİN 5-Cİ İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” mövzusunda fotomüsabiqə elan olunur
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
29 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı şəhərinə çatıb
28 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
22 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
21 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr köçürüldü
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib