XƏBƏRLƏR
Çap et
1474
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur
Mətbuat xidmətinin məlumatı
30 Oktyabr, 2014

Oktyabrın 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşşenkonu qəbul etmişdir.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. O, qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin günü-gündən artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaratmışdır. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.
Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən «Məcburi Köçkünlərin Həyat şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi» layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilmiş, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, təkcə cari ilin 9 ayı ərzində bu layihə çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 42 min nəfərin faydalandığı 44 icma mikrolayihəsi icra edilmiş, məcburi köçkünlərin sıx məskunlaşdığı 33 obyektdə əsaslı təmir işləri aparılmış, 13 obyekt üzrə isə təmir işləri davam etdirilir.
Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov həmçinin onu da diqqətə çatdırmışdır ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan etmişdir. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulamışdır.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Larisa Leşşenko Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd etmişdir ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirən qonaq məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin Nazirlər Kabineti Aparatının şöbə müdirləri Nail Fətəliyev və Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Fərhad Təhməzov da iştirak etmişlər.
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Zabuxun yeni görkəmi
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
11 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ağdərəyə köçürüldü
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
07 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb
05 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb
02 Aprel, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
14 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürüldü
06 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb