XƏBƏRLƏR
Çap et
5771
«Özgəsinə quyu qazan özü düşər» Bu quyudan çıxmaq, oradakı çirkabdan təmizlənmək isə daha çətin olur
Mətbuat xidmətinin məlumatı
27 Oktyabr, 2014
Qəzetimizin ötən sayında dərc olunmuş «Dələduzların son aqibəti dəmir barmaqlıqlar arasında həll olunur» sərlövhəli yazı istər məcburi köçkünlər, istərsə də geniş oxucu kütləsi arasında böyük rezonans doğurmuş, belələrinə qarşı nifrət yaratmaqla yanaşı, yeni dəlillərin də üzə çıxmasına səbəb olmuşdur.
Belə ki, adıçəkilən yazıda da qeyd olunduğu kimi, ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə inşa edilən qəsəbələrdəki mənzillərin paylanmasında və köçürmə prosesində heç bir neqativ hala yol verilməməsi və bu sahədə təmin edilmiş şəffaflığa xələl gəlməməsi üçün bu işlər həmişə olduğu kimi bu gün də mərhələli şəkildə, Dövlətqaçqınkomun, aidiyyatı icra strukturlarının və məcburi köçkün icmalarının nümayəndələrindən təşkil olunmuş komissiyasının iştirakı ilə həyata keçirilir ki, bunlar da kimliyindən asılı olmayaraq qeyri-qanuni yolla mənzil əldə etmək xülyasına düşənlərin çirkin niyyətlərinin üzərindən birdəfəlik xətt çəkir.
Bütün bunları nəzərə alaraq bir daha vurğulamağı özümüzə borc bilirik ki, hər hansı bir məskunlaşma obyektindən köçürülməsi nəzərdə tutulan məcburi köçkünlər üçün salınan qəsəbələrdəki mənzillər əvvəlcədən müvafiq komissiya tərəfindən aparılan araşdırmalardan sonra tərtib və təsdiq edilmiş siyahı əsasında, mənzil verilməsi nəzərdə tutulan məcburi köçkünlərin ailə tərkibinə uyğun qaydada sifariş verilərək inşa olunur. Köçürmə prosesində də mənzillər məhz bunlara əsasən sənədləşdirilərək doğma ocaqlarına qayıdanadək müvəqqəti olaraq onların istifadəsinə verilir.
Gözləmək olardı ki, bütün bunlar barədə dəfələrlə deyilməsinə, heç bir məcburi köçkünün qeyri-qanuni yolla mənzil əldə edə bilməyəcəyinə, əgər belə hallara cəhd olunarsa onlara qarşı ciddi tədbirlər görüləcəyinə dair məntəzəm olaraq Dövlətqaçqınkom tərəfindən edilən xəbərdarlıqlardan sonra qeyri-qanuni yolla mənzil almağı özünə «asan yol seçən» məcburi köçkünlər özləri üçün nəticə çıxararaq bu cür əməllərdən çəkinəcəklər. Lakin təəssüflər olsun ki, belələri köçürmə və mənzillərin paylanması prosesinin ciddiliyini, belə bir mühüm əhəmiyyət kəsb edən məsələnin Dövlətqaçqınkomun rəhbərliyinin nəzarəti altında həyata keçirildiyini, ona görə də belə yollarla heç nəyə nail ola bilməyəcəklərini dərk etsələr də son vaxtlar onlar arasında «peyda olan» dələduzların toruna düşərək çirkin əməl sahibləri ilə çirkin niyyətlərini həyata keçirməyə cəhd etməklə özləri də bu oyunların iştirakçılarına çevriliblər və necə deyərlər, «özləri özlərini yandırıblar». Onlar nədənsə, unudublar ki, onların inamından sui-istifadə edən dələduzlarla «iş birliyinə girmək» elə dələduzların sırasında olmaqdır.
Yuxarıda adıçəkilən yazıda da qeyd olunduğu kimi, Müşviqabad qəsəbəsində məskunlaşan məcburi köçkün Fitat Cabbarova da dələduzluq yolunu özünə «dolanışıq yolu seçən», məcburi köçkünlərə verilən mənzillərin orderlərini, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini saxtalaşdırmaqda «mahir olan», hətta onlara «verəcəyi mənzillərin» açarlarını «hazırlayan» məcburi köçkün Vüsalə Mirzəyeva ilə əlaqəyə girərək məcburi köçkünlərlə onun arasında vasitəçilik missiyasını yerinə yetirmiş, yeni qəsəbələrdən mənzil almaq üçün qeyri-qanuni yola əl atan məcburi köçkünləri onunla görüşdürüb tanış etmişdir. Nəticədə onun vasitəsilə V.Mirzəyeva məcburi köçkünlərdən dələduzluq yolu ilə xeyli pul toplayıb, sonda isə onların «ümidlərini puça çıxarıb». Baş verənlərdən, gec də olsa, «ayılan» məcburi köçkünlər Vüsalə Mirzəyevanı tapa bilmədiklərindən Fitat Cabbarovadan pullarını geri tələb ediblər. Əli hər yerdən üzülən F.Cabbarova, nədənsə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına yox, «əlimyandıda» ümid yeri kimi əlində olan saxtalaşdırılmış sənədlərlə Dövlətqaçqınkoma üz tutaraq kömək diləyib. Bir gün sonra isə o, yenidən Dövlətqaçqınkoma gələrək dünənki müraciətin doğru olmadığını, Vüsaləni çoxdan yox, qısa müddət ərzində tanıdığını «etiraf edib». Elə «xoruzun quyruğu da burada görsənib». Çünki bütün bunlar ona əsaslanır ki, F.Cabbarova da V.Mirzəyeva ilə birlikdə eyni məsuliyyəti daşıyır. Ona görə də onların əməllərinə Dövlətqaçqınkomda yox, hüquq-mühafizə orqanlarında aydınlıq gətirilməlidir.
Bu günlərdə bir neçə nəfərin adından Vüsalə Mirzəyevanın «toruna düşmələri» ilə bağlı Dövlətqaçqınkoma müraciət edən daha bir məcburi köçkün - Sevda Vəli qızı Həmzəyeva da öz dərdinə əlacı, yəni ona mənzil veriləcəyi adı ilə aldadılaraq verdiyi pulu geri almaq istəyini təbii ki, Dövlətqaçqınkomda yox hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirə bilər. Çünki Dövlətqaçqınkom bütün məcburi köçkünlərə, yuxarıda da qeyd edildiyi kimi, qeyri-qanuni yolla mənzil alınmasının mümkünsüzlüyü, bu cür dələduzların toruna düşməmək barədə dəfələrlə xəbərdarlıq edib. Onlar isə bunlardan nəticə çıxarmaq əvəzinə dələduzların cərgəsinə qoşularaq özləri də birbaşa dələduzluq əməllərinə qurşanıblar və unudublar ki, çirkin niyyətlər məqsədilə pul verən də pul alan qədər məsuliyyət daşıyır.
Bunlar öz yerində. Məsələ burasındadır ki, Dövlətqaçqınkom tərəfindən qanuni yolla mənzil alan məcburi köçkünlərə verilmiş sənədlərin digərlərinin adına saxtalaşdırılması təkcə Vüsalə Mirzəyevanın «əməyinin, əqlinin» məhsulu deyildir. Bunu biz əvvəldən də hiss etmişdik. Bu məsələ ilə bağlı yazı qəzetdə dərc olunduqdan sonra hətta V.Mirzəyevanın özü də redaksiyamıza hədə yolu ilə zənglərində bildirmişdir ki, orada başqa adamların da adları çəkilib, bəs onların adları niyə yazılmayıb. Görünür, V.Mirzəyevanın bu «iradı» heç də əsassız deyilmiş. Çünki yazı dərc olunduqdan sonra bizə verilən məlumata görə, bu cür çirkin əməllə bir neçə nəfəri özündə birləşdirən bir qrup məşğul olur. Verilən məlumatda hələlik adları bəlli olan məcburi köçkünlər Qulu Bayramov, Rəhman, Sevda, Sarvan adlı şəxslər də bu «şəbəkənin» iştirakçılarıdır və təbii ki, onlar barədə də araşdırmalar aparılacaq. Ancaq yerigəlmişkən onu da qeyd edək ki, bir müddətdir bu cür əməllərlə məşğul olan bu «dəstənin» dələduzluq əməllərinin indiyədək «örtülü qalması» olduqca təəssüf və təəccüb doğurur və bu əqidədə olan digərlərinin də «əl-qol açmasına» rəvac verir.
Elə bu yaxınlarda Lökbatan qəsəbə sakini (araşdırma aparıldığı üçün adını hələlik açıqlamırıq) Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün yenicə istifadəyə verilmiş qəsəbədə bir neçə soydaşımızın maymaqlığından istifadə edərək onlara ev düzəltmək adı altında pul toplayıb. Hətta iş o yerə çatıb ki, digər əqidədaşlarından fərqli olaraq bu adam məcburi köçkün olmayan yerli sakinlərə də həmin qəsəbədən «ev düzəldəcəyini» vəd edərək onları da dələduzluq yolu ilə öz toruna salıb.
Görünür, belələri vaxtında layiq olduqları cəzanı almadıqlarından heç olmasa yolun yarısından geri qayıtmaq əvəzinə daha da azğınlaşaraq «qabağa» gediblər. Ancaq unudublar ki, atalar demiş, «özgəsinə quyu qazan özü düşər». Bu quyudan, ordakı çirkabdan təmizlənmək isə daha çətin olur. Bütün bunlara görə də əminik ki, son sözü hüquq-mühafizə orqanları deyəcək, bu cür niyyətdə olan məcburi köçkünlərimiz isə bunlardan və dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxaracaq, aldadıldıqdan sonra bu məsələyə heç bir aidiyyatı olmayan Dövlətqaçqınkoma yox, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb