XƏBƏRLƏR
Çap et
1132
Dələduzların son aqibəti dəmir barmaqlıqlar arasında həll olunur
Mətbuat xidmətinin məlumatı
22 Oktyabr, 2014
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 87 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilmiş, 42 min ailə - 220 min qaçqın və məcburi köçkün bu qəsəbələrə köçürülmüşdür. Yeni salınmış qəsəbələrə köçürmə və mənzillərin paylanmasında ötən müddət ərzində Dövlətqaçqınkomun əldə etdiyi təcrübənin nəticəsidir ki, heç bir neqativ hala rast gəlinmir.
Belə ki, bu təbəqədən olan soydaşlarımız üçün yeni salınmış qəsəbələrdə mənzillərin paylanması sahəsində şəffaflığın təmin olunması məqsədilə bu işlər Dövlətqaçqınkomun, əraziləri işğal olunmuş və məskunlaşma rayonlarının icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunmuş komissiyanın iştirakı ilə aparılır. Olduqca mühüm önəm daşıyan bu proses Dövlətqaçqınkomun rəhbərliyinin tam nəzarəti altında həyata keçirildiyindən burada heç kimin qeyri-qanuni yolla mənzil əldə etməsi mümkün deyildir. Həmçinin bu işlər mərhələli şəkildə, köçürülməsi nəzərdə tutulmuş ərazilərdəki məcburi köçkünlərin əvvəlcədən tərtib və təsdiq olunmuş müvafiq siyahıları əsasında aparılır ki, bu işlər də məcburi köçkünlər arasında razılıqla və rəğbətlə qarşılanır. Belə olan təqdirdə təbii ki, heç kim qeyri-qanuni yolla mənzil əldə edə bilməz.
Bütün bunlar barədə ölkənin Kütləvi İnformasiya Vasitələrində, müxtəlif televiziya kanallarında, Dövlətqaçqınkomun rəhbərliyinin qəbullarında dəfələrlə məlumat verilməsinə, heç kimin qeyri-qanuni yolla mənzil əldə edə bilməyəcəyinə, bu cür hallara qarşı ciddi tədbirlər görüləcəyinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, son vaxtlar ölkənin müxtəlif ərazilərində, həmçinin Bakı şəhərində peyda olan dələduzların toruna düşərək mənzil əldə etmək üçün müxtəlif yollara əl atır, bu cür dələduzlar isə məcburi köçkünlərin sadəlövhlüyündən, nə yolla olur-olsun, mənzil əldə etmək niyyətlərindən istifadə edərək onları qeyri-qanuni əməllərə sürükləyirlər.
Bu günlərdə Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri, Qaradağ rayonunun Müşviqabad qəsəbəsində 2-ci binanın 39-cu mənzilində məskunlaşan Fatma Səfəralı qızı Cabbarova da Dövlətqaçqınkoma ərizə ilə müraciət edərək bu cür dələduzların toruna düşdüyündən ona köməklik göstərilməsini xahiş etmişdir. O, ərizəsində bildirir ki, keçən il təsadüfən Vüsalə adlı bir nəfərlə tanış olub və özünü Cəbrayıl rayon İH-nin işçisi kimi təqdim edən Vüsalə məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil düzəldə biləcəyini bildirir.
Öz növbəsində onun rəfiqəsinin mənzilə ehtiyacı olduğunu bildirən F.Cabbarova rəfiqəsi ilə danışıb ona cavab verəcəyini bildirir. Bir müddətdən sonra o, daha bir neçə nəfərlə «Qızıl tac» restoranının yanına gələrək onları Vüsalə ilə görüşdürür və razılıq əldə etdikdən sonra Vüsalə müxtəlif vaxtlarda onlardan ümumilikdə 182 min manat alaraq ev düzəltməyə söz verir.
Onların inamından və Dövlətqaçqınkomun adından sui-istifadə edən Vüsalə Saleh qızı Mirzəyeva «fəaliyyətə» başlayır və adları hələ məlum olmayan daha 3 nəfərlə birlikdə saxta yolla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini, hətta evlərinin açarlarını da «hazırlayaraq» 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşviqabad qəsəbəsində mənzil «verəcəyini» vəd edir. Lakin bir müddət keçəndən sonra onlara ev verilmədiyini görən və verilmiş sənədlərin saxta yolla hazırlandığını, gec də olsa dərk edən məcburi köçkünlər pullarını geri qaytarmaq məqsədilə Vüsalə Mirzəyevanı tapa bilmədikləri üçün ortada vasitəçilik missiyası daşıyan Fatma Cabbarovanın başının üstünü kəsirlər. O da öz növbəsində Vüsaləni tapır, çox çətinliklə də olsa verilən puldan 97 min manatını müxtəlif vaxtlarda sahiblərinə ödətdirə bilir, 87 min manat isə hələ də qaytarılmır. İndi Fatma Cabbarova ona köməklik göstərilməsi üçün bu cinayətkar dəstənin üzvlərinin cəzalandırılmasını tələb edir.
Bu yerdə ataların gözəl bir məsəli yada düşür: «Daldan atılan daş topuğa dəyər». Ancaq burada məsələnin bir məqamı da var: necə olub ki, dələduzluq yolu ilə insanların inamından sui-istifadə edən Vüsalə Mirzəyevanın bu iyrənc və cinayət əməlləri indiyədək örtülü və cavabsız qalıb? Təbii ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırıb hər kəsə layiq olduğu cəzanı verəcəkdir. Ancaq məcburi köçkünlərin bu cür qeyri-qanuni hərəkətlərə yol vermələri və üzləşdikləri bü kimi hallardan dərs götürməmələri acı təəssüf doğurur.
Yəqin ki, onlar cari ilin əvvəllərində Ağdam rayonundan məcburi köçkün Tahirə Xasay qızı Əliyevanın və onunla cinayət əlaqəsinə girərək məcburi köçkünlərə ev düzəltmək üçün dələduzluq yolu ilə onlardan pul toplayan, sonradan isə hüquq-mühafizə orqanları tərəfindən layiq olduqları cəzanı alan Hüseyn İbrahim oğlu Bağırovun acı taleyindən də xəbərsiz deyildilər.
Sonda özlərinə bu yolu seçən məcburi köçkünlərimizi bir daha xəbərdar edərək əminliklə onu da bildirək ki, Vüsalə Mirzəyevanı və onunla cinayət əlaqəsinə girənləri də məhz bu acı tale gözləyir. Çünki bu yolun yolçularının son aqibəti soyuq barmaqlıqlar arxasında həll olunur.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb