"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1931
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sessiyasında Azərbaycanda qaçqın və məcburi köçkün problemindən danışılıb
Mətbuat xidmətinin məlumatı 01 Oktyabr, 2014
Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb. Sessiyada BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri, qaçqınlara yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə tərəfdaş təşkilatların təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Sessiyanın ilk günü BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, İcraiyyə Komitəsinin sədri Çoi Seokyunq, BMT baş katibinin soyqırımının qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dienq, Afrika qrupu adından Namibiyanın daxili işlər və immiqrasiya üzrə naziri Pendukeni İivula-İtana, eləcə də bir sıra beynəlxalq təşkilatların və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Onlar hazırda dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada qaçqın və məcburi köçkün probleminin acınacaqlı hal aldığını, bu qitədə 3 milyon insanın qaçqın, 12,5 milyon insanın məcburi köçkün həyatı yaşadığını, bununla yanaşı, 700 mindən artıq insanın vətəndaşlığının olmadığını qeyd ediblər. Çıxışlarda qaçqınlara humanitar yardımların artırılmasının vacibliyi ilə yanaşı, böhran və münaqişə ocaqlarında siyasi iradə göstərilməsinin və qaçqın problemlərinin səbəblərinin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli HƏSƏNOV sessiyada çıxış edərək dedi: Hörmətli cənab sədr. Xanımlar və cənablar. İlk növbədə BMT-nin Qaçqınlar üzrə ali komissarına İcraiyyə Komitəsinin cari sessiyasında ali seqment çərçivəsində Afrika qitəsində qaçqınlarla bağlı vəziyyətə dair müzakirə keçirilməsi barədə vaxtında irəli sürülmüş təşəbbüsə görə təşəkkürümü bildirmək istərdim. Bu qitə daxilində, habelə onun hüdudlarından kənarda insanların kütləvi miqrasiyası beynəlxalq birliyin qarşısında uzun müddət mövcud olan qaçqınlar və məcburi köçkünlər problemləri ilə yanaşı, yeni vəzifələr qoyur. Bu məsələ Azərbaycan hökumətini ciddi narahat edir. Bir fakt daha böyük təşvişə səbəb olur ki, Afrika qitəsində qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı çoxdan bəri davam edən bir sıra məsələlərin həllində lazımi irəliləyiş əldə edilməyib. Biz BMT QAK-ın yeni böhranlı vəziyyətlərə, o cümlədən Afrika qitəsində yaranmış vəziyyətə operativ münasibətini alqışlayır və yüksək qiymətləndiririk. Azərbaycan hökuməti BMT QAK ilə əməkdaşlığı həmişə yüksək qiymətləndirib və onun təkcə bizim ölkədə deyil, həm də beynəlxalq səviyyədə fəaliyyətini dəstəkləyir. Azərbaycan qonşu Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdəbir hissəsinin işğal edilməsi ilə bağlı problemləri 20 ildən artıq müddətdə öz üzərində hiss edən bir ölkə kimi Afrika qitəsi ölkələrinin məruz qaldığı problemlərin bütün ağırlığını çox yaxşı başa düşür. Azərbaycan hökuməti bu qitədəki humanitar problemlərə laqeyd qalmayaraq öz imkanları çərçivəsində həm beynəlxalq təşkilatların xətti ilə, həm də ikitərəfli əsasda humanitar fəaliyyətini genişləndirməkdə davam edir. Bununla əlaqədar qeyd etmək istərdim ki, Azərbaycan hökuməti tərəfindən Xarici İşlər Nazirliyi yanında yeni yaradılmış Beynəlxalq İnkişaf Agentliyi (AİDA) dünyanın müxtəlif hissələrində, o cümlədən Afrika ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirir. Bu gün AİDA İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada səhiyyə sahəsində layihələri uğurla həyata keçirir. 2011-2012-ci illərdə quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar Burkina-Faso dövlətinə də maliyyə yardımı göstərilib. Bununla bərabər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq təşkilatlarla birlikdə Cənubi Sudanda humanitar xeyriyyə aksiyası həyata keçirilib. Hörmətli cənab sədr, Afrika qitəsində baş verən hadisələr qaçqınların və məcburi köçkünlərin problemlərinin qarşısını real beynəlxalq əməkdaşlıq yolu ilə almağın vacibliyini bir daha göstərir. Eyni zamanda, vurğulamaq lazımdır ki, Afrika qitəsində uzun müddət davam edən məcburi yerdəyişmələr beynəlxalq birlikdən bu problemin və onun uzun müddət həll edilməməsi səbəblərinin hərtərəfli təhlil olunmasını tələb edir. Bütün bu yeni təhdidlər onların həllinə kompleks yanaşma tələb edir. Bununla əlaqədar sizə xatırlatmaq istərdim ki, insanların uzun müddət yerlərini dəyişməsinə beynəlxalq birliyin laqeyd mövqeyi beynəlxalq sülh və təhlükəsizlik üçün real təhdiddir. Biz bunu nəzərə alaraq beynəlxalq birliyi ədalətli mövqe nümayiş etdirməyə, humanitar xarakterli fəaliyyətlə kifayətlənməməyə və problemin səbəblərinin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa çağırırıq. Bununla əlaqədar biz ali komissarın beynəlxalq əməkdaşlığa, gələcəkdə zorakı yolla yerdəyişmələrin qarşısını almaq məqsədi ilə münaqişələrə son qoyulması üçün siyasi əzmkarlıq göstərmək barədə çağırışına şərik olduğumuzu bildiririk. Qeyd etdiyim kimi, Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. İyirmi ildən artıq keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına qaytarılması məsələsi həll edilməmiş qalır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir. Ölkədə qaçqınlar və məcburi köçkünlər problemi yaranan vaxtdan Azərbaycan hökuməti ona həvalə edilmiş vəzifələri yerinə yetirir. BMT QAK da daxil olmaqla bir sıra beynəlxalq donorların köməyi ilə ölkə hökuməti qaçqınların və daxili köçkünlərin problemlərinin həll edilməsi üçün çoxsaylı tədbirlər görür. Cənab Quterreş Azərbaycana səfərləri zamanı dəfələrlə bu nailiyyətlərin şahidi olub və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərə verdiyi yüksək qiymətə görə ona təşəkkür edirik. Bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub. Onlardan biri – məcburi köçkün Həsən Həsənov əsir götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq. Daha sonra qeyd etmək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir. Sonda bir daha qeyd etmək istərdim ki, daxili köçkünlərin hüquqları ilə bağlı problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb edir. Bu, həm də daxili köçkünlərin problemlərinin həllində çox mühüm addım olardı. Bu şərtlə ki, bütün tərəflər öz öhdəliklərini yerinə yetirsinlər. Diqqətinizə görə təşəkkür edirəm. Sonra Afrikanın Somali, Cibuti, Burkina-Faso, Çad və digər ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun iştirakı ilə həmin ölkələrdə həyata keçirilən humanitar layihələrə görə minnətdarlıq ediblər. Onlar beynəlxalq təşkilatlar istisna olmaqla heç bir dövlətin nümayəndələrinin öz çıxışlarında Afrika ölkələrinə dəstək olaraq konkret layihələr göstərə bilmədiklərini, lakin Azərbaycanın bir sıra Afrika ölkəsində konkret layihə həyata keçirdiyini qeyd ediblər. İclasdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənovun BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş və Somalinin xarici işlər naziri Hon Buri Hamza ilə görüşü olub. Somalinin xarici işlər naziri görüşdə qaçqın problemindən əziyyət çəkən ölkəsinin böhran vəziyyətindən çıxması üçün dünya ictimaiyyətinin, xüsusilə də müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyduğunu bildirib. O, Somaliyə, ümumilikdə Afrika qitəsinə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edib. Əli Həsənov qeyd edib ki, müsəlman ölkələri ilə əməkdaşlığı dərinləşdirmək Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı mövqeyi və dövlətimizin strateji istiqamətidir. Ona görə, Azərbaycan böyük ölkə olmasa da, öz resursları çərçivəsində həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli münasibətlər müstəvisində təbii fəlakətlər və hərbi təcavüz nəticəsində zərər çəkən müsəlman bacı-qardaşlara daim dəstək olmağa səy göstərir və ölkəmiz hazırda müxtəlif layihələr çərçivəsində 10-a yaxın Afrika dövlətinə yardım edir. Sessiyanın ilk günü başa çatdıqdan sonra qaçqınların problemlərinin həlli ilə məşğul olan təşkilatlara və şəxslərə “Nansen” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Sessiya öz işini oktyabrın 3-də başa çatdıracaq.
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 Noyabr, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb