XƏBƏRLƏR
Çap et
1761
Yasamal rayonunda məcburi köçkünlərlə görüş keçirilmişdir
Mətbuat xidmətinin məlumatı
02 İyul, 2014
İyulun 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Nazirlər Kabineti Aparatının vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul etmişdir.
Qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 23 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Yasamal rayonunda yaşayır. Bu, ümumilikdə 6 min ailə deməkdir. Onlar əsasən rayon ərazisindəki yataqxanalarda və ictimai binalarda məskunlaşmışlar.
Qəbulda Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir. Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınmış, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülmüşdür. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər vardır. Təkcə Bakıda onların sayı 300 min nəfərdən çoxdur. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildirmişdir.
Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləmişdir. Bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapmış, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınmışdır.
Zəngilandan olan məcburi köçkün Səlbinaz Fərmanova demişdir: “Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərlə görüşündə mən də öz problemim haqqında məlumat verdim. Əli Həsənov problemimi dinlədi və yerindəcə həll olunması üçün tapşırıq verdi. Bu cür şəffaflığa görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk ki, məcburi köçkünlərə belə bir şərait yaradır, onlara lazımi kömək göstərir”.
Kəlbəcərdən məcburi köçkün Soltan Nəbiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımız üçün böyük işlər görmüşdür. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqətlə yanaşır. Onların yaxşı yaşamaları üçün hər cür şərait yaradılmışdır. S.Nəbiyev bu gün keçirilən qəbulda Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı lazımi göstərişlər verdiyini bildirmişdir.
Qubadlıdan məcburi köçkün Çiçək Əlişova da Baş nazirin müavininin onların problemlərini dinlədiyini və həll olunması üçün yerindəcə tapşırıqlar verdiyini söyləmişdir. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Qəbulda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak etmişlər.
Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 17.00-dək davam etmişdir və bu dəfə ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilmişdir.
Sonda Baş nazirin müavini qəbula yazılmayan məcburi köçkünləri də qəbul etmiş, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınmışdır. Əli Həsənov bildirmişdir ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcəkdir.
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb









