XƏBƏRLƏR
Çap et
1623
Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir.
Mətbuat xidmətinin məlumatı
17 Aprel, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov aprelin 16-da İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışmışdır. Bildirilmişdir ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Diqqətə çatdırılmışdır ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Azərbaycan Prezidentinin İrana son səfəri münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır.
Baş nazirin müavini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu bildirmişdir.
Komitə sədri diqqətə çatmışdır ki, Azərbaycan xalqı 70 il sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlamışdır. Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir, dünya baş verən inkişafdan geri qalmır. Bu inkişafın bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Müstəqil siyasət yürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm verir və əksər ölkələrlə əməkdaşlıq edir.
Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirmiş və humanitar fəaliyyətlərinə görə minnətdarlığını ifadə etmişdir.
Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Qonaq ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük xidmətləri olduğunu demişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha da inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.
M.Somi demişdir ki, Azərbaycana səfərində məqsəd ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulamışdır.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disk təqdim edilmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı
“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib