XƏBƏRLƏR
Çap et
1183
Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas Baş nazirin müavini cənab Əli Həsənov ilə görüşmüşdür.
Mətbuat xidmətinin məlumatı
17 Mart, 2014

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov martın 17-də Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas ilə görüşmüşdür.
Baş nazirin müavini Əli Həsənov avropalı deputata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırmışdır.
Əli Həsənov vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmişdir. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməmişdir.
Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşmüş, əhali ölkəni sürətlə tərk etməyə başlamış, Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalmışdır. Lakin bu münaqişə olmasaydı, onlar həyata keçirilən bu layihələrdən faydalanaraq iqtisadiyyatlarını ağır durumdan çıxara bilərdilər. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmamışdır.
Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan Hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülmüşdür və bu proses davam edir. Qeyd olunmuşdur ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizə bərabər idi. Lakin görülən tədbirlər nəticəsində bu gün ölkədə yoxsulluq 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 15 faizə endirilmişdir.
Yunanıstan Parlamentinin deputatı Marias Epameinondas Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləmişdir. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulamış, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləmişdir.
Marias Epameinondas bildirmişdir ki, ölkəsi bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən Marias Epameinondas vurğulamışdır ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan qonaq bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, və disk təqdim edilmişdir
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı
Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib