"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 687
Şuşa şəhərlərinə infotur təşkil edilib
Mətbuat xidmətinin məlumatı 30 Dekabr, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub. İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar Xocalı, Şuşa və Laçın şəhərləri ilə tanış olub, aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları əvvəlcə Əsgəran qalasına, Xocalı şəhərinə , Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər ağa məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Həmçinin, Şuşa şəhərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar. Laçın rayonunda 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanışlıq səfər iştirakçılarında xoş təəssürat yaradıb. Pavilyonda nadir dekorasiyalar - təyyarə, helikopter maketləri, həbsxana kamerası, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Laçın rayonunda yaradılmış mebel fabriki və heyvandarlıq təsərrüfatı ilə yaxından tanışlıq zamanı bildirilib ki, buradakı iş yerlərində çalışlanların əksəriyyəti Laçın rayon sakinləridir. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə infoturların keçirilməsi davam etdiriləcək. 

 

 

 

 

10 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb
09 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb
30 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib.
30 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin infoturu olub
30 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın şəhərinə infotur təşkil edilib
27 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
26 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
26 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Seyidbəyli kəndinə yola salınan köç ünvana çatıb
26 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb
26 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
24 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Sos kəndinə çatıb
24 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
24 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb