"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 117
Məcburi köçkün şagirdlərə qış geyimləri paylanıb
Mətbuat xidmətinin məlumatı 03 Noyabr, 2025

Məcburi köçkünlərin sosial problemlərinin həlli, rifah halının yüksəldilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirilən işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizə həssas münasibəti onlarda dərin minnətdarlıq hissi doğurur.

 

Dövlətimizin başçısının tapşırığı əsasında, aztəminatlı məcburi köçkün ailələrdən olan şagirdlərin qış üst geyimi ilə təmin edilməsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daim diqqətdə saxlayır. Belə ki, respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan aztəminatlı məcburi köçkün ailələrdən olan məktəbliləri üçün bu il də komitənin Təchizat və İstehsalat İdarəsi tərəfindən müəyyən yaş qrupları üzrə gödəkçələr göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına geyimlərin verilməsi təmin edilib.

 

Geyimlər Təchizat və İstehsalat İdarəsinin Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, əsasən, məcburi köçkünlərin çalışdıqları tikiş-toxuculuq sexlərində istehsal olunub.

 

Komitə sədrinin müvafiq əmri əsasında, 2025-2026-cı tədris ili üçün Ağdam rayonuna 2000 gödəkçə, Xocavənd rayonuna 500 gödəkçə, Şuşa rayonuna  500 gödəkçə, Kəlbəcər rayonuna 500 gödəkçə, Füzuli rayonuna 600 gödəkçə, Cəbrayıl rayonuna 600 gödəkçə, Qubadlı rayonuna 500 gödəkçə, Zəngilan rayonuna 250 gödəkçə, Xocalı rayonuna 600 gödəkçə, Dövlət Komitəsinin Ağcabədi rayonunda yerləşən regional nümayəndəliyinə 600, Dövlət Komitəsinin Bərdə rayonunda yerləşən regional nümayəndəliyinə 600, Dövlət Komitəsinin Gəncə şəhərində yerləşən regional nümayəndəliyinə 1100, Dövlət Komitəsinin Qax rayonunda yerləşən regional nümayəndəliyinə 600 gödəkçə təqdim edilib.

 

Geyimlər aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir.

21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb