"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1478
İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır
Mətbuat xidmətinin məlumatı 12 Avqust, 2013
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 12-də İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Obişer ilə görüşmüşdür. Əli Həsənov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkələrimiz arasındakı siyasi, mədəni, humanitar sahələrdə təcrübə mübadiləsi bunun bariz nümunəsidir. Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov bildirmişdir ki, bu məsələ ölkəmiz üçün prioritet problemdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Bildirmişdir ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Baş nazirin müavini vurğulamışdır ki, haqq-ədalət tezliklə öz yerini tapacaqdır. Günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmamışdır. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur ki, bunun da 2 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun payına düşür. Bundan əlavə, indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 160 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Baş nazirin müavini bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 il fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulamışdır ki, bu müddətdə müxtəlif sahələri əhatə edən 20 milyon ABŞ dolları məbləğində proqramlar həyata keçirilmişdir. Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmamış Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmışdır. İsveçrə Konfederasiyası bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Paskal Obişer İsveçrənin keçdiyi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, ölkəsi bu inkişaf yolunda müxtəlif mərhələlərdən keçmişdir. Azərbaycan müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etmişdir. İsveçrənin gələn il ATƏT-ə sədrlik edəcəyini deyən Paskal Obişer vurğulamışdır ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Avropada mövcud olan digər münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir. Sonda diplomata “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.
02 İyul, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yeni başlanğıclar...
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldir
30 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə əlaqədar Elan
25 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni günə oyanan Ağalı...
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
24 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Ağdam rayonunlarına növbəti köç yola salındı
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
23 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib
21 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Qarabağ — Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi
19 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Laçında yeni səhər, yeni həyat...
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
18 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı 27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib
14 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
11 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın ilk ünvanı – Ağalı kəndi...
04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib