"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 429
“Zəfər” şahmat turniri qaliblərinin Xocalı və Xankəndi şəhərlərinə infoturu təşkil edilib
Mətbuat xidmətinin məlumatı 24 Sentyabr, 2025

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı və Xankəndi şəhərlərinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə növbəti infotur təşkil edib. İnfotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi, Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar. İnfotur iştirakçıları Əsgəran qala-kompleksinə, yenidən qurulan Xocalı və Xankəndi şəhərlərində, Qarabağ Universitetində olublar. Universitetlə yaxından tanışlıq, burada tələbələr üçün yaradılmış şərait məktəblilərdə xoş təəssürat yaradıb. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir. 

 

 

 

10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə və Xocalının Xanabad kəndinə növbəri köç karvanları yola salınıb
17 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb
17 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
17 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
17 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdışın sevinc sədaları: Azad edilmiş ərazilərdə növbəti fləşmob keçirilib
17 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
14 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Xanoba kəndinə köç olub
13 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Laçın: yeni həyatın naxışları
11 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb