"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 675
Xocalıya infotur təşkil edilib
Mətbuat xidmətinin məlumatı 16 Sentyabr, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkil olunub. İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olublar. Onlar Xocalı şəhərində və kənddə Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların keçirilməsi davam etdiriləcək. 

 

 

 

12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
11 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
06 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Vahid aylıq müavinət: valideynlərin statusu niyə vacibdir?
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb
05 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
04 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsindən sosial şəbəkələrdə yayılan iddialara cavab
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
31 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın yeni nəslinin nəfəsi
28 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
27 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
24 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl, Xocalı və Ağdərənin kəndlərinə növbəti köç karvanları yola salınıb
20 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Daşbulaq kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdamın Baharlı qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb