"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 504
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib
Mətbuat xidmətinin məlumatı 14 İyul, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ADA Universitetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar-tədbir keçirib. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub.

 

Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən Böyük Qayıdışın ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.

 

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına töhfə vermək məqsədilə keçmiş məcburi köçkünlərin yeni mühitə inteqrasiyasını asanlaşdırmaq, texniki və peşə bacarıqlarını inkişaf etdirmək, gəlir gətirən fəaliyyətlərə cəlb olunmalarını dəstəkləmək və vətəndaş iştirakçılığını artırmaq istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirildiyini qeyd edib.

 

Vurğulanıb ki, bu fəaliyyətlər çərçivəsində məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Dövlət Komitəsinin əsas prioritetləri sırasındadır.

 

İnteraktiv formada keçirilən seminarda iştirakçılar vətəndaş iştirakçılığı ilə bağlı beynəlxalq və yerli təcrübələri müzakirə edib. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb.

 

Seminar iştirakçıları belə tədbirlərin bilik və bacarıqların artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini ifadə ediblər.

 

Seminarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Peşə Təhsili Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri iştirak ediblər.

 

21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xanabad kəndinə çatıb