
Vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırılır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərə səsvermə üçün sənəd qəbulu elan olunur. Elanın qüvvədə olma müddəti 1 iyun 2025-ci il, saat 18:00-dəkdir. Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud beimxd@qachqinkom.gov.az elektron ünvanına göndərilməlidir.
Qeydiyyat üçün Vətəndaş Cəmiyyəti İnstitutları səsvermədə təmsilçisi barədə aşağıdakı məlumatları 1 iyun 2025-ci il saat 18:00-dək Seçki Komissiyasına təqdim etməlidirlər:
- Ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Vətəndaş Cəmiyyəti İnstitutunun təmsil etdiyini təsdiq edən sənəd (şəhadətnamənin surəti)
- Təşəbbüs qrupunun protokolu (məcburi köçkün — qazi)
Seçki ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq Sektoruna müraciət edilə bilər.
Əlaqə: 012 530-82-37; beimxd@qachqinkom.gov.az
Qeyd edək ki, Dövlət Komitəsi yanında İctimai Şuraya aşağıdakı şəxslərin namizədliyi qeydə alınıb:
Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi, Azərbaycan Dillər Universitetinin müəllimi – Qorxmaz Mustafayev
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev
“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” ictimai birliyinin üzvü – Asəf Mikayılov
Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri – Bəsti Nəsibova
Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd, hüquqşünas - Səbuhi Səmədov
Xocavənd rayonundan Məcburi Köçkünlərin Təşəbbüs qrupu tərəfindən namizəd, Jurnalist – Bəxtiyar Qaraca
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Kənan Babayev
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri təşəbbüs qrupundan namizəd - Mahir Məmmədov
Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov
Odlar Yurdu İctimai Birliyinin sədri – Həcər Əkbərova
Regional Gender Mərkəzi İctimai Birliyinin sədri - Şərqiyyə Dadaşova
“Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
“Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal