"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 56
Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb
Mətbuat xidmətinin məlumatı 03 Mart, 2025

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də öz daimi sakinlərini qəbul etməyə hazırdır. Həsənriz kəndinə ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. 

 

 

03 Mart, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb
26 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Kollektivi “Ana Harayı” abidəsini ziyarət edib
25 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
24 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
21 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
20 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
19 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
06 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib
04 Fevral, 2025 / Mətbuat xidmətinin məlumatı Hamımız üçün Böyük Qayıdış...
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
31 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib