"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 901
Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırıb
Mətbuat xidmətinin məlumatı 25 Fevral, 2025

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 16 ölkədən 20-ə yaxın yüksək vəzifəli diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti haqqında məlumat verən Komitənin sədr müavini bildirib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Bildirib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli Birinci vitse-prezident Mehriban xanım Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara xüsusi qayğı və diqqət göstərir.

Mühazirədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdəndir və bu, regionun sabitliyinə mühüm töhfədir. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrinin icra edildiyi deyilib. Diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarını torpaqları minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını kobud şəkildə pozur.

Vurğulanıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri təxirəsalınmaz tədbirləri görməyi tələb edib və bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi artırmalıdır.

Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında re-inteqrasiyası üzrə də dünyaya yeni nümunəvi bir model təqdim edəcək.

Daha sonra Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edən “Bura mənim evimdir” filmi və işğaldan azad edilmiş ərazilərə qayıdışı əks etdirən vieo çarxlar nümayiş olunub, Böyük Qayıdışa dair nəşr olunmuş çap materialları iştirakçılara paylanılıb. Təqdim edilmiş materiallar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

17 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
17 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Zabux məktəbində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib
17 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
16 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı şəhərinə çatıb
16 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb
16 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
16 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə köç karvanları yola salınıb
13 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
13 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın möhtəşəm mənzərəsi
11 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləşmob keçirilib
09 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Təzəbinəyə qayıdışın sevinci: Doğma yurdda yeni həyat başlayır
05 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Həmidə Ömərova: "Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır"
04 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Laçın bir cənnətdir - qışı möcüzə
03 Fevral, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdış hekayəsi: 113 yaşlı Xeyrənisə nənənin gerçəkləşən Kəlbəcər arzusu
30 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi, Xocalı və Ağdərəyə yola salınan köç karvanları çatıb
30 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salınıb
30 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Ağalıda qış nağılı
29 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
29 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi və ANAMA-dan xəbərdarlıq: “Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır!”
29 Yanvar, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb