"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 866
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 20 Fevral, 2025

Fevralın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri işlərin aparıldığı, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə əhalinin mərhələli şəkildə köçürüldüyü bildirilib. Vurğulanıb ki, dövlətimizin başçısı icrasını şəxsən nəzarətdə saxladığı bərpa-quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün Qarabağa və Şərqi Zəngəzura səfərlər edir. Bu səfərlərdə və dogma yurda qayıdan keçmiş məcburi köçkünlərlə görüşlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı böyük rəğbət doğurur. Kollegiya iclasında Böyük Qayıdış proqramı çərçivəsində köçürülmə prosesinin təşkili, məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, Dövlət Komitəsinin regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamı, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin istismar vəziyyəti və digər məsələlər müzakirə olunub. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayıb. Qeyd edilib ki, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə tədbirlərin vaxtında və dəqiqliklə yerinə yetirilməsi təmin olunmalıdır. Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

 

30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb