"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 690
Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
Mətbuat xidmətinin məlumatı 17 Fevral, 2025

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 33 il keçir. Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, erməni işğalçılara qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Həmin hadisələr zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Bu soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumilikdə 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib. 

 

09 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xalq yazıçısı Çingiz Abdullayev: Böyük Qayıdış qürur doğurur
08 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Kəlbəcərə qayıdışın sevinci…
05 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
05 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
05 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
03 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə”yə dair təlim keçirilib
03 Dekabr, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Böyük Qayıdışla bağlı fləşmob keçirib
28 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub
28 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub
28 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
28 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
27 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
27 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
26 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
26 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır
26 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
25 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Təzəbinə kəndinə çatıb
25 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb
25 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
24 Noyabr, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb