"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 353
Məcburi köçkün şagirdlərə qış geyimləri paylanıb
Mətbuat xidmətinin məlumatı 15 Noyabr, 2024

Məcburi köçkünlərin sosial problemlərinin həlli, rifah halının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizə həssas münasibəti onlarda dərin minnətdarlıq hissi doğurur.

 

Aztəminatlı məcburi köçkün ailələrdən olan şagirdlərin qış üst geyimi ilə təmin edilməsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daim diqqətdə saxlayır. Belə ki, respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan aztəminatlı məcburi köçkün ailələrdən olan məktəbliləri üçün bu il də müəyyən yaş qrupları üzrə gödəkçələr göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına geyimlərin verilməsi təmin edilib.

 

Geyimlər Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, əsasən, məcburi köçkünlərin çalışdıqları tikiş-toxuculuq sexlərində istehsal olunub.

 

Komitə sədrinin müvafiq əmri əsasında, 2024-2025-ci tədris ili üçün Ağdam rayonuna 2000 ədəd, Xocavənd rayonuna 500 ədəd, Şuşa rayonuna  500 ədəd, Kəlbəcər rayonuna 500 ədəd, Füzuli rayonuna 600 ədəd, Cəbrayıl rayonuna 600 ədəd, Qubadlı rayonuna 500 ədəd, Zəngilan rayonuna 250 ədəd, Xocalı rayonuna 600 ədəd, Ağcabədi rayonuna 600 ədəd, Dövlət Komitəsinin Bərdə rayonunda yerləşən nümayəndəliyinə 600 ədəd, Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonlarında yerləşən nümayəndəliyinə 1500 ədəd, Qax, Zaqatala, Balakən rayonlarında yerləşən nümayəndəliyinə 600 ədəd, fərdi qaydada müraciət edən məcburi köçkünlərə 28 ədəd gödəkçə təqdim edilib. Geyimlər aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir.

 

Bundan öncə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən aztəminatlı məcburi köçkün ailələrin övladlarına 7375 dəst məktəbli geyim forması paylanılıb.

 

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.16-cı bəndinə uyğun olaraq, erməni təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial dəstək göstərilməsi istiqamətində həyata keçirilib.

02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib